/  
Ön yapraq » Oğuz xəbər » Azərbaycan futbol millisi Avropa şampionatının yarışlarına heyət dəyişir
Azərbaycan milli yığması 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində noyabrın 9-da Almaniya, noyabrın 14-də isə Kosovo yığması ilə qarşılaşacaq

Azərbaycan futbol millisi Avropa şampionatının yarışlarına heyət dəyişir

OğuzTV:21 yaşadək futbolçulardan ibarət yığmalar(timlr) arasında Avropa çempionatının seçmə mərhələsində noyabrın 9-da Almaniya, noyabrın 14-də isə Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

Azərbaycan Futbol fedrasiyonu AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasında XI turun “Kəpəz” – “Qarabağ” oyununda zədələnmiş Ramil Şeydayevin Almaniya yığması ilə oyunda meydana çıxa bilməyəcəyi bu gün MRT müayinəsindən sonra müəyyənləşib.

Futbolçunun Kosovo yığması ilə oyunda çıxış edib-etməyəcəyi qarşıdakı günlərdə bəlli olacaq.

Qeyd edək ki, noyabrın 9-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Almaniya matçı saat 18:00-da başlanacaq. Görüşü qazaxıstanlı hakimlər idarə edəcək. Baş hakim Daniyar Saxiyə Alibek Aubakirov və Yevgeni Belski yan xətt, Bulat Sariyev dördüncü hakim qismində yardımçı olacaqlar.

Comments,Baxışınız
oguz gif telegram