/  
Ön yapraq » Oğuz xəbər » Azərbaycan Ordusu daha bir Şəhid verdi

Azərbaycan Ordusu daha bir Şəhid verdi

Oğuz TV: Bəhmən ayının 9-da Bakı vaxtı ilə saat 15:00 radələrində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmən tərəfin açdığı atəş nəticəsində Azərbaycan ordusunun əsgəri Nahid Səfərov Şəhid oldu. 

Azərbaycan Silahlı Qüvvələri tərəfindən cavab tədbirləri görüləcək”, Müdafiə Nazirliyinin mətbuat xidməti xəbərdarlıq edir.
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan (müsəlsəl) da istifadə etməklə sutka (24 saat) ərzində atəşkəs rejimini ümumilikdə 128 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən mətbuata verilən məlumata görə ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Fərəhli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Goranboy bölgəsi  Talış, Gülüstan, Tərtər bölgəsinin  (rayonunun )Göyarx, Çiləbürt, Yarımca, Ağdam şəhərinin  (rayonunun ) Şıxlar, Novruzlu, Cəvahirli, Kəngərli, Sarıcalı, Şuraabad, Yusifcanlı, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 128 dəfə atəş zərbəsi endirib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, Dağlıq Qarabağa aidiyyəti olmayan bölgədə bu kimi təxribatın törədilməsi üçüncü tərəfin münaqişəyə cəlb edilməsi məqsədi daşıyır.

“Narahatçılıq doğuran həm də odur ki, hər dəfə beynəlxalq qurumlar yalnız erməni tərəfi itki verdikdə hadisəyə reaksiya göstərir.

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture