/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Azərbaycan polisləri Şəhid tabutunda göz yaşına boğuldu (Görüntü)

Azərbaycan polisləri Şəhid tabutunda göz yaşına boğuldu (Görüntü)

Oğuz TV:  Azərbaycan son günlər cəbhədə Şəhid olan hərbiçilərini son mənzilə uğurlayır.

Oğuz TV-nin lent.az sitəsinə istinadən verdiyi bilgiyə görə, cəbhədə Şəhid olan 5 hərbiçidən biri də Şəki şəhərinin Kiş kəndindən olan Aqşin Abdullayevdi. Bu gün onun cənazasi doğulduğu Kiş kəndinə gətirilib.  Gənc Şəhidin ailəsinin və yaxınlarının fəryadı ürəkləri dağladı. 

Şəhidin tabutunu daşıyan polislərin göz yaşları isə hər kəsi kövrəldi.

Diqqətinizə çatdıraq ki, Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırıb. Həlak olan hərbçilərimizin cənazələri vətənə gətirilib.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture