/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » “Azərbaycan Səsi” qrupu seçkidə namizədlərinə səs istədi

“Azərbaycan Səsi” qrupu seçkidə namizədlərinə səs istədi

Oğuz TV: İran məclisinə keçiriləcək 10-cu seçkilərdə Qərbi Azərbaycanda “Azərbaycan Səsi” adlı topluluq  3 Türk namizədini irəli sürdü.

Bəhmən ayının 10(30 yanvar)  bu topluluq Urmu şəhərində ziyalılar, öyrəncilər və sakinlərlə ilə birlikdə keçirdiyi toplantıda Qərbi Azərbaycanda kürt oyununu pozmaq üçün hər kəsi öz namizədlərinə səs verməyə çağırdı. 

Nəzərinizə çatdıraq ki, Qərbi Azərbaycanı süni surətdə İran rejmi kürt mühacirlərlə doldurur və buraları kürt ərazisi olaraq göstərməyə çalışır. Rejmin bu imkanlarından yararlanar mühacir kürtlər isə, fürsətdən istifadə edərək Qərbi Azərbaycanda bütün vəzifələrə üstələnməkdədilər. Ona görə də, bugün Güney Azərbaycanın Qərb bölgəsində insanlarımı təkcə fars rejmi ilə deyil, eyni zamanda kürt mühacirlərlə də mübarizə aparmaq məcburundadırlar.

Xatırladaq ki, İran rejmi özəlliklə, Güney Azərbaycan bölgələrində seçkilərdə hər dəfə öz namizədini seçdirir, digərlərinə fürsət vermir. Buna görə də, Güney Azərbaycan milli fəalları hər dəfə seçkiləri baykot edir. Bu seçkilərdə isə Güney Azərbaycan milli fəalları müxtəlif şəhərlərimizdən seçkilərə namizədliklərini irəli sürsələr də, rejim onların heç birinin namizədliklərini qeydə almadı.

Bu slaydşou üçün JavaScript lazımdır.

 

 

 

Comments,Baxışınız
oguz gif telegram