/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Azərbaycanda DTX əməliyyatında 4 terrorçu öldürülüb

Azərbaycanda DTX əməliyyatında 4 terrorçu öldürülüb

OğuzTV:Azərbaycanda Dövlət təhlükəsizlik və güvənlik  xidməti  (DTX)düzənlədiyi əməliyyatda 4 terrorçu öldürülüb, 1 terrorçu sağ ələ keçirilib.


 
 Oğuz TV nin aldığı bilgiyə görə, Dövlət Güvenliq Servisinindən verilən məlumata da, xarici ölkələrlə əlaqəli olduqları təsbit edilən və ölkədə terror aktları planlaşdıran bir qrupa əməliyyat keçirilib.
DTX-nın İctimaiyyətlə Əlaqələr Şöbəsindən  verilən məlumata görə, Quzey Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxsin partlayıcı maddələr və silah-sursat əldə edib dini ekstremizm zəminində ölkə ərazisində müxtəlif yerlərdə terror aktları planlaşdırdıqları barədə Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib və qeydə alınmış fəaliyyətləri təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edib.

Dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlıqda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – “Abu Hafsa” ləqəbli M.Ulubəyovun, “Abdulqərib” ləqəbli Q.Dəmirovun, “Əbdülxalid” ləqəbli F.Sadıqovun, T.Alməmmədovun və “Abdullah” ləqəbli S.Məmmədovun tutulması üçün 2017-cı il yanvarın 31-də xüsusi əməliyyat keçirilib.
 
 Dünən keçirilən əməliyyatda terrorçularıngüvənliq qüvvələrinə tüfək və tapança ilə atəş açdığı, qarşı atəşlə 4 terrorçunun öldürüldüyü, “Abdulxalit” kod adlı bir terrorçu isə sağ ələ keçirildiyi bildirildi. Dövlət orqanları əməliyyatın yerini açıqlamadı.

.

Comments,Baxışınız
oguz gif telegram