/  
Ön yapraq » Oğuz xəbər » Azərbaycandan Avropa Şurasında Türkiyə’yə dəstək

Azərbaycandan Avropa Şurasında Türkiyə’yə dəstək

Oğuz TV: Azərbaycanın Avropa Şurası nümayəndə heyətinin başqanı Professor Səməd Seyidov, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Zeytun Budağı hərəkatına dəstək verib, çıxışını “Yaşasın bir millət, iki dövlət” deyə paylaşdı.

Oğuz TV nin aldığı bilgiyə görə, Bəzi məclis üzvlərinin hərəkatın AŞPA-nın hesabatında “zəbt” şəklində xarakterizə olunması təklifinə etiraz edərək söz alan Seyidov çıxışında bunları dedi:

“Burada bəzən çox qəribə mövqelər görürəm. Hamımız bu gün terrordan çəkdiyimizi bilirik. Sadəcə Türkiyə deyil, Hollanda, Belçika, İngiltərə, Fransa, Azərbaycan Terror, Avropa sınırında bir xərçəngdir. Və bir ölkə, bu xəstəliyi mane olmaq üçün əlindən gələni edirsə, biz bu ölkənin müdaxiləsinə hesabatımızda “istila” və ya “müdaxilə” demək olmaz. Türkiyənin apardığı, iki terror təşkilatı olan DAEŞ və PKK ilə savaşdır. Bunlar Avropa və insanlıq üçün böyük təhdidlərdir. Türkiyə də bu təhdidi aradan qaldırmaq üçün hərəkətə keçmişdir. Xeyr, cənablar və xanımlar, bu hərəkata istila deyiləbilməz. Türkiyənin bu gün dəstəyimizə ehtiyacı var. Terrorla baş etmənin tək yolu budur və Türkiyənin buna nail olacağını ümid edirəm”.

Seyidov bu çıxışını sosial media hesablarında “Yaşasın bir millət, iki dövlət” deyərək paylaşdı.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture