/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Azərbaycanı təhqir edənlər yenidən səhnədə

Azərbaycanı təhqir edənlər yenidən səhnədə

Oğuz TV: Hazırladıqları “Fitilə” proqramında Azərbaycan Türklərini təhqir edən oyunçular yenə səhnədə.

İranın Güneyində yerləşən Kiş yarmadasında İran İnqilabının 37-ci il dönümü ilə bağlı təşkil olunan tədbirdə “Fitilə” proqramının yaradıcıları da yer alıb. Halbuki, Azərbaycan Türklərini təhqir etdikdən sonra, yəni 17 aban 1394-də (8 noyabr 2015) millətimiz etiraz etmiş və bu proqram sözdə bağlanmış, yaradıcıları ilə işdən qovulmuşdular.

Lakin hər zaman yalan vədlər və Azərbaycan Türklərini aldadan İran rejmi bu dəfə də öz xislətindən əl çəkmədi. Bu oyunçular yenə səhnə aldılar.

Aldığımız bilgiyə görə, Kiş yarmadasında yaşayan soydaşlarımız  millətimizi  təhqir edən bu oyunçuların yenidən səhnəyə qayıtmasına və Kişdəki göstərilərinə etiraz edərək, Kişin bəzi küçələrinə bununla bağlı bəyanniyələr yapışdırıblar. Bəyaniyyədə deyilir: “İrqçı fars dövləti olan İran, Azərbaycan Türklərini təhqir edən bu oyunçuları yenidən səhnəyə çıxarmaqla, Azərbaycan Türklərinə qarşı riyakarlıq etdi. Rejim Azərbaycan Türklərinin qorxusundan  gizli şəkildə, bu oyunçuları Ərəb bölgəsi olan,İranın ən ucqar yerində, Kişdə səhnəyə çıxarır.”

Diqqətinizə çatdıraq ki, bu oyunçuların yenidən səhnəyə qayıtması, hər zaman yalan vədlərlə Azərbaycan Türkləri aldadan  İslam Cümhuriyyəti İranın riyakarlığını bir daha göstərmiş oldu.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture