/  
Ön yapraq » Oğuz xəbər » Azərbaycanın bölünməsindən 188 il ötür-Video+Səs

Azərbaycanın bölünməsindən 188 il ötür-Video+Səs

Oğuz TV: Bəhmən ayinin 20-si Fevralın 10-da Azərbaycanı ikiyə bölən “Türkmənçay” müqaviləsinin bağlanmasından 188 il ötür.

1206-ci il 20 bəhməndə (1828-ci il fevralın 10-da) bağlanan “Türkmənçay” müqaviləsi ilə Azərbaycanın ərazisini Araz çayı sərhəd olmaqla quzeyə və güneyə böldülər. (Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzalayıblar.) Bununla da son 200 illlik dönəmdə yurdumuzun həm güneyində, həm də quzeyində baş verən faciəli olayların yaranması üçün böyük, indiyə kimi davam edən ulusal fəlakətin özülü qoyuldu. “Türkmənçay”dan öncə Azərbaycanın ərazisi 410 min kv. km olub. Bu müqavilə ilə Azərbaycan türklərinin bütöv tarixi torpaqları parçalandı hələdə bu parçalanma davam edir.  Türkmənçay faciəsi 20 Yanvar, Xocalı, ümumən Qarabağ faciəsindən min qat ağırdır və onların yaranmasının başlıca səbəblərindən biridir.

Azərbaycan bölünəndən sonra, bu bölünmə Həm Güneydə Həmdə Quzeydə ədəbiyyatimiza yansıdı. Belələiklə nisgilli, ayriliq şer və əsərləri yaranmağa başladı.

Azərbaycan bölünəndən sonra, hə iki tayda da azadlıq bütüöv üçün millətimiz mübarizə aparsa da hələki buna nail ola bilməyib. 1991 ci ildə Quzey öz azadlığına qovuşsa da Güney hələ də iran işğalı altındadı. Və bağımsızlıq mücadiləsinə davam edir.

Güneyin bağımsızlıq alması və Vətənimizin yenidən birləşib, Bütövləşməsi diləyi ilə…

Ağalar bilmədi birdir bu torpaq
Təbriz də, Bakı da Azərbaycandır.
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək asandır.

1. OğuzXəbər -Türkməçay Muqviləsinin 188 ci ili اغوز خبر تورکمنچای مقاویلسینین ۱۸۸ ایلیی     

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture