/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Azərbaycanın “nazlı gəlini” yaşını qeyd etməyə hazırlaşır

Azərbaycanın “nazlı gəlini” yaşını qeyd etməyə hazırlaşır

Oğuz TV : Azərbaycanın “nazlı gəlini”, ən qədim şəhəri, tariximizin izlərini özündə daşıyan Urmu şəhərimizin  5 min illiyi qeyd ediləcək. Bu barədə şəhərin bələdiyyə başqanı Məhəmməd Həzrətpur məlumat verib.

Onun açıqlamalarına görə, 1395-ci il ordibehişt  (2016  may) ayında bu tədbirlər keçriləcək.

Məhəmməd Həzrətpur bu tədbirin VI Beynəlxalq İpək yolu Konfransı ilə eyni vaxtda keçirilməsini bir fürsət kimi qiymətləndirərək qeyd edib ki, “biz bu tədbirlər vasitəsi ilə Urmiyənin turizm potensialını bir çox ölkənin nümayəndəsinə tanıtdıra bilərik”.

Qeyd edək ki,Urmuda keçiriləcək VI Beynəlxalq İpək yolu Konfransına 32 ölkənin nümayəndə heyətlərinin qatılacaq.

Nəzərinizə çatdıraq ki,Türk tarixşünasların fikrincə Urmunun tarixi 7 min il öncəyə dayanır. Urmu nəzəriyyəsi Türk tarixinin  ən güclü nəzəriyyəsi hesab olunur. Türklərin uyğarlığının burdan başlandığını deyən alimlər də var.

Farslar hər zaman 2500 ildir bu torpaqlara gəldiklərini və bu torpaqlarda şəhərsalmanı və buraları özlərinin abad elədiklərini iddia edərlər. Lakin, bugün Urmu şəhərinin 5 min illiyinin qeyd edilməsi, buranın farslardan öncədə  mövcudluğunu göstərən bir faktdır. İranın yalan tarixi beləliklə rejimin öz təzadlı  işləri ilə  davamlı olaraq  üzə çıxır.

 

 

 

Comments,Baxışınız
oguz gif telegram