/  
Ön yapraq » Oğuz xəbər » Azərbaycanın Traxturu, Türkiyenin Beşiktaşı ilə meydana çıxacaq

Azərbaycanın Traxturu, Türkiyenin Beşiktaşı ilə meydana çıxacaq

OğuzTV:Güney Azərbaycanın  “Traxtur” Futbol yığması Türkiyənin “Beşiktaş” takımı arasında yoldaşlıq görüşü baş tuta bilər.

Traxtur icraçı direktoru(Modir ecrayi) Mustafa Acorlu İstanbulda “Beşiktaş” klubunun ikinci başkanı Əhməd Nur Çebi ilə görüşdə gələcəkdə yığma arasında yoldaşlıq görüşləri və akademik  əməkdaşlığın digər sahələrini müzakirə edib. Müzakirələr zamanı iki yığma arasında qarşılıqlı olaraq Təbriz və İstanbul şəhərlərində yoldaşlıq görüşü keçiriləcəyi barədə qərar verilib. “Traxtur” klubu seçilmiş oyunçuları “Beşiktaş” klubu akademisinə daxil olacaqlar və bununlada onların Türkiyə və Avropanın mötəbər liqa yarışlarına yol tapması üçün şərait yaranacaq.

Bir neçə il öncə isə “Traxtur”la Türkiyənin “Qalatasaray” yığmaları Təbriz və İstanbul şəhərlərində yoldaşlıq görüşü keçiriləcəyi barədə qərar verilmişdir, lakin görüş İranın təhlükəsizlik qüvvələrinin(Ettelaat və sepah) təzyiqi nəticəsində ləğv  edilmişdir.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture