/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Bəhreyn: İranın yaratdığı terror şəbəkəsinə aid 14 üzvü tutulub
Oğuz Xəbər

Bəhreyn: İranın yaratdığı terror şəbəkəsinə aid 14 üzvü tutulub

OğuzTV:Martin 26da Bəhreyn Daxili İşlər Nazirliyi bəyanat yayaraq İran rejiminin İnqilab Keşikçiləri Korpusunun “Sepah”la əlaqədə olan bir terrorçu qruplaşmanın 14 üzvünün tutulması barədə məlumat yayıb.

Bəyanatda bildirilir ki, “Sepah”ın “Qüds” qolu birbaşa nəzarətində fəaliyyət göstərən qruplaşmanın üzvləri, ölkədə terror əməliyyatlarını həyata keçirməyi və Bəhreynin bir sıra tanınmış şəxsiyyətlərini qətlə yetirməyi planlaşdırıbmış: “Tutulanlardan 6-sı İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” nəzarətində idarə olunan bir hərbi bazada, 5-i İraqdakı “Kətaib-i Hizbullah” qruplaşmasında, 3-ü isə Bəhreyndə  təlim keçiblər.

 

Həmçinin, ikisi İran sakini olan həmin qruplaşmanın üzvləri, bu ilin fevral ayında Bəhreyndə 5 polisin yaralanması ilə nəticələnən hüquq-mühafizə qüvvələrinə məxsus bir avtobusa qarşı bombalı hücumda günahlandırılır”.

 

Bəyanatda tutulanların adları açıqlanmasa da, onların hazırda dindirildiyi və məsələnin araşdırıldığı bildirilir.

 

Qeyd edək ki, Bəhreyn hökuməti bundan əvvəl də dəfələrlə İranı bu ölkənin daxili işlərinə qarışmaqda və müxalif şiələrə maddi və hərbi yardım göstərməkdə günahlandırsa da, rəsmi fars rejimi həmişəki kimi bu iddiaları rədd edib.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture