/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Bəhreyn:Ölkəmizdə Terrorların arxasında iranın sepah Qrupu var ,Biz bununla hesablıaşacayıq

Bəhreyn:Ölkəmizdə Terrorların arxasında iranın sepah Qrupu var ,Biz bununla hesablıaşacayıq

OğuzTV:Bəhreyn Daxili İşlər Nazirliyi noyabrın 15-də “Sepah”la əlaqədə olan terrorçu qruplaşmasının zərərsizləşdirilməsi barədə bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Bəhreyn təhlükəsizlik qüvvələri həmin terrorçu qruplaşmasının üzvlərindən birini tutublar: “Ölkənin milli təhlükəsizliyini qorumaq məqsədilə keçirilən axtarış əməliyyatında terrorçu dəstə üzvlərindən biri yaxalanıb, onunla əməkdaşlıq edən daha birisi isə İrana qaçıb. Bu iki şəxs, ötən ay, yəni oktyabrın 27-də bir polis avtobusuna silahlı hücum etmişdilər. Hücum nəticəsində  Salman Əncəm adlı bir polis əməkdaşı yerindəcə həlak olmuş, 9 nəfər isə yaralanmışdılar. Tutulan şəxslər, terrorçu qruplaşmanın İrana qaçmış bir sıra üzvləri ilə daimi əlaqədə olublar və “Sepah”ın nəzdində hərbi təlimlər keçiblər.

Məlum olub ki, terrorçu dəstənin üzvləri, hazırda İrana qaçmış, Qasım əl Mömin ləqəbi ilə tanınan 28 yaşlı Qasım Abdullah Əli Əhməd, 36 yaşlı Sadıq Cəfər Məhəmməd Abdullah Al Tuq, 28 yaşlı Mehdi İbrahim Casim Abdullah, 37 yaşlı Zəhir İbrahim Casim Abdullah və 39 yaşlı Məhəmməd Mehdi Məhəmməd Həsən, pasportlarında hər hansı bir qeyd olmadan gizli yolla 2011-ci ildə Suriyaya getmiş, oradan isə İrana səfər ediblər. Onlar İranda olduqları müddətdə “Sepah”ın nəzdində hərbi təlimlər keçmiş, müxtəlif silahlardan, o cümlədən də tapança, avtomat, Kalaşnikov və s.-dən necə istifadə etməyi, eləcə də cürbəcür bombaların kustar yolla hazırlanması və quraşdırılması yollarını öyrənmişlər. Həmçinin bəlli olub ki, dəstə üzvlərinin ölkədə həyata keçirdiyi hər bir terror əməliyyatına hazırda İranda olan Qasım əl Mömin adlı terrorçu başçılıq edib”.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture