/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Bəluclar “Traxtur”u dəstəkləmək üçün “Azadi”də

Bəluclar “Traxtur”u dəstəkləmək üçün “Azadi”də

Oğuz TV:  Dünən İran futbol ligində keçirilən oyunda “Traxtur” takımı əzəli rəqibi Tehranın “İstiqlal” takımını yenməyi bacardı.

Son illər Güney Azərbaycan Milli Hərəkatının simgələrindən birinə çevrilən “Traxtur”u artıq nəyinki İran işğalında yaşayan Türklər, eyni zamanda İran işğalındakı digər millətlərdə dəstəkləyir.

Əldə etdiyimiz bilgilərə görə, dünən Tehranda baş tutan oyunda takımımıza digər etniklərdən olan Bəluclar da dəstək veriblər.

Onlar öz milli geyimlərində oyuna gələrək, “Traxtur” atkıları ilə və əllərində “Yaşasın Azərbaycan” pankarları açaraq “Traxtur”a dəstək oldular.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture