/  
Ön yapraq » Oğuz xəbər » Barcelona Türkçə twitter açdı, sitəsinə Türk dili yükləyəcək

Barcelona Türkçə twitter açdı, sitəsinə Türk dili yükləyəcək

OğuzTV: Barcelona Klubundan edilən yazılı açıqlamada, Katalon millətinin futbol  takımı Türk dünyasındakı yandaşlarına(havadar -azarkeş) daha yaxın olmaq üçün twitter hesabının Türkcə olaraq açıldığı bildirilib. Barcelona bu vaxta qədər açdığı Katalanca, İspan, İngilis, Çin, Fransız, Portuqal, Endonezca, Ərəb və Yapon dillərinə Türk Dili də əlavə edərək cəmi 10 dildə rəsmi twitter hesabı olduğu bildirilib. Katalon Klubunun Twitterdaki ümumi ardıcıl sayının 34 milyonu aşdığı da qeyd olunub. “Arda Turanın varlığı Barcelona`ya Türk dünyasında olan marağını daha da artırıb” qiymətləndirməsini edən Barcelona Klubu, 2015-ci ildə rəsmi twitter hesabından ən çox rəğbət sahə (36 min) və mübadilə (42 min) edilən mesajın Arda Türanın transfer edilməsi xəbəri olduğunu qeyd edib.

Oğuz Xəbər otaqının Barselona rəsmi sitəsindən aldığı məlumata əsasən ( @FCBarcelona_TR )  hesabını öz rəsmi twitter hesabından dərhal izləməyə alan Arda Turanın, buradan yaydığı mesajda Türk yandaşlarına Barselona xəbərlərini izləmək üçün klubun rəsmi Türkcə hesabını təqib etməyə dəvət edib.
Digər tərəfdən, verdiyi yazılı açıqlamada “Türkiyə, klubumuz üçün strateji bir ölkə” ifadəsini istifadə edən Barcelona Klubu, Repucom adlı bir bazar araşdırma şirkətinin məlumatlarına görə Türkiyədən ən çox izlənən xarici klubun təxminən 11,5 milyon heyran ilə Barcelona olduğunu açıqlayıb.Bu sayıya digər Türk cumhuriyyətləri daxil deyil. Barselona, Türk firmaları Türk Telekommunikasiya, Beko və Lassa ilə olan müqavilələrinin da klubun Türkiyədə böyüməsinə böyük töhfə verdiyini vurğulayıb.

Bundan başqa , Barcelona rəsmi kanalının ən çox sevildiyi ölkələr sıralamasında Türkiyənin 7-cu sırada olduğu, facebook səhifəsinin ən populyar olduğu şəhərlərdə də İstanbulun 12-cu sırada olduğu məlumatı verilib. Katalon briqadası, facebook səhifəsində bundan sonra daha çox Türkcə mesaj nəşr etdirəcəyini bildirdi.
Katalan əsli olan Barcelona takımının sorumluları həmdə xəbər veriblər ki artıq Barcelona rəsmi sitesinədə Türk dili yaxıında əlavə olacqdır.

 

Comments,Baxışınız
oguz gif telegram