/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Bayrağımız Qaradağ qayalarında çizildi

Bayrağımız Qaradağ qayalarında çizildi

Oğuz TV: “20 yanvar” faciəsini Qaradağdan olan milli fəallar özlərinə məxsus şəkildə andılar.

Beləki, Qardağın Quzey Azərbaycanla sərhədd bölgəsində yüksək bir qayanın üstü Üçrəngli bayrağımızla boyandı.  Əhər-Meşkin-Ərdəbil şəhərlərinin gediş-gəliş yolunun üstündə olan bu qayalara çizilən bayrağımız, hər zaman bu bölgəyə nəzarət edən əmniyyət qüvvələrinin narahatlığına səbəb oldu. Kənd-kənd gəzərək bu işi görəni axtaran əmniyyət qüvvələri insanları qorxutmaq üçün hətta havaya atəş də açıblar. Bayrağı dağa çizəni tapa bilməyən əmniyyət qüvvələri, bayrağımızın üstünü qaralayıblar.

Nəzərinizə çatdıraq ki, bu hadisə  bölgədə ilk dəfə deyil baş verir, bundan öncədə milli fəallar dağa “Yaşasın Azərbaycan” və s. kimi sloqanlar yazmışdılar.

 

Comments,Baxışınız
oguz gif telegram