/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Bayramda mərhum milli fəalın ailəsi unudulmadı

Bayramda mərhum milli fəalın ailəsi unudulmadı

Oğuz TV:  İran işğalında olan Güney Azərbaycanda milli haqqlarımız uğrunda mübarizə apadığı üçün şəhid edilən Qulamrza Əmaninin ailəsini milli fəallar unutmadı.

Beləki Bahar bayramı münasibəti ilə bir qrup milli fəal mühəndis Əmaninin evinə gedərək onun ailəsini ziyarət edib, bayramı onlarla birlikdə keçiriblər.

Mərhum Əmanini anan milli fəallar, onun Güney Azərbaycan Milli Hərəkatındakı rolundan və gördüyü işlərdən söz açıblar.

Daha sonra tanınmış sənətkarımız Həsən Dəmirçi və Q.Əmaninin uşaqları gələn qonaqlara ana dilimizdə şerlər oxuyublar.

Məlumat üçün bildirək ki, Qulamrza Əmani 1387-ci ilin 3 abanda (24 oktyabr 2008) Əhər yolunda şübhəli yol qəzasında həyatını itirib.

Q.Əmaninin ölümündən sonra Güney Azərbaycanın milli fəalları heç bir zaman onun ailəsini tək qoymayaraq, bayramlarda və ailənin özəl günlərində daim onlarla birlikdə olur, onları ziyarətə gedirlər.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture