Oğuz TV: Hatayın Yayladağı qəsəbəsinin qarşısında yerləşən Suriyanın Bayırbucak Türkman bölgəsinə Rusiya və Əsəd rejimnin hücumları artdığına görə, Türkmanlar, Türkiyəyə doğru gəlməyə başlayıb.
İlk qrup artıq Yayladağa keçib.
Türkiyənin Doğan Xəbər Ajansının məlumatına görə, son 3 gündür bölgədə Türkmanlar ilə Əsəd rejiminin əsgərləri arasında qarşıdurmaların şiddəti artıb. Əsəd qüvvələri, bugün səhər saatlarında Bayırbucak Türkman bölgəsinə sıx hücumlar təşkil edib. Rusiya ilə Əsəd qüvvələrinin havadan və qurudan təşkil etdiyi hücumlardan qaçmağa başlayan Türkmanlar, Yamadi kəndinə oradan da Türkiyəyə keçmək üçün sərhədə gəldi.
Əksəriyyəti qadın və uşaqlardan ibarət olan Türkmanlardan ilk mərhələdə 400 adam sərhəddən alınaraq Yayladağı mərkəzdəki Türkmanlarin qaldığı düşərgəyə aparıldı. Sərhəddə təxminən 3 min Türkmanin Türkiyəyə keçmək üçün gözlədiyi bildirilir.