/  
Ön yapraq » Oğuz xəbər » BBC persian Türklərə qarşı təxribata davam edir

BBC persian Türklərə qarşı təxribata davam edir

Oğuz TV: BBC persian Türk düşmanlığına davam edir.

Belə ki, ötən gün bu kanalın xəbərlərində yayımlanan 2 dəqiqəlik bir yayımda Güney Azərbaycanın Qərb bölgəsi, Zəncan və Həmədan, Türkiyənin Azərbaycan  Türklərinin çoxunluq təşkil etdiyi Qars və İğdırda daxil olmaqla Güney –Doğu bölgəsi,Türkmaneli və Suriya torpaqlarını kürt torpağı kimi göstərən  xəritə yayımlanıb və “Böyük Kürdüstan” haqqında danışılıb. Kürtləri müdafiə edən bu yayımda kürtlərin istiqlal alması üçün tarixi şəraitin olduğu bildirilir.

Xatırladaq ki, bu kanalın efirində zaman-zaman yayımlanan Türk qarşılıqlı yayımlara qarşı, dəfələrlə etirazlar gəlməsinə baxmayaraq, kanal öz çirkin niyyətindən əl çəkmir.

 

 

Comments,Baxışınız
oguz gif telegram