/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Behnam Şeyxi də məhkəməyə çağırıldı

Behnam Şeyxi də məhkəməyə çağırıldı

Oğuz TV: Daha öncədən də xəbər verdiyimiz kimi Güney Azərbaycanda milli haqqlarımız uğruna mübarizə aparan milli fəallara qarşı İran rejminin təzyiqləri davam edir.

Dünən daha bir milli fəal Behnam Şeyxi Tehran şəhərinə bağlı Baharistanın İnqilab məhkəməsinə çağrılıb.

“Qanunsuz qrup qurmaqda” və ölkənin “təhlükəsizliyi”nə qarşı çıxmaqda günahlandırılan Behnam Şeyxiyə gələn məhkəmə vərəqəsinə görə, o, isfənd ayının 20-si (10 martda) məhkəmədə olmalıdı.

Məlumat üçün bildirək ki, milli haqqlarımız uğruna mübarizə aparan yüzlərlə fəaldan biri olan Behnam Şeyxi, 14 isfənd 1392-ci ildə (5 mart 2014) Ana Dili günüylə bağlı keçirilən mərasimə qatıldığı üçün tutuqlanmış, 2 aya yaxın həbsdə qaldıqdan sonra 30 milyon tümənlik vəsiqə girov qoyaraq şərti azadlığa çıxmışdı.

Xatırladaq ki, 2 isfənd (21 fevral) Dünya Ana dili günü yaxınlaşdıqca İran rejmi Güney Azərbaycanda milli fəallarımıza qarşı təzyiqi daha da artırır.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture