/  
Ön yapraq » Oğuz xəbər » Beş ərəb fəala edam cəzası kəsildi

Beş ərəb fəala edam cəzası kəsildi

Oğuz TV: Millətlər zindanı İranda öz milli haqqları uğrunda mübarizə apardıqları üçün daha 5 ərəb fəalı edamla üz-üzədi.

Qeys Əbi Davi, Həmud Əbi Davi, Məhəmməd Hələfi, Mehdi Mərəbi və Mehdi Siyahi adlı fəallar edama məhkum ediliblər.

Ərəb milli fəalları 3 il bundan öncə öldürülən SEPAH komutanının ölümündə günahlandırılırlar.

Bu barədə Əl-Ərəbiyə sitəsi bilgi yayıb. Əhavazın yerli məhkəməsinin yetkilisi Fərhad Əfşarniya yerli mətbuata verdiyi açıqlamada bildirib ki, fəalların məhkəməsi tamamlandı. Onlara qarşı edam cəzası kəsildi.

Əhvazın Həmidiyyə şəhərində tutuqlanan ərəb fəalları, İran dövləti Press.tv kanalına çıxaraq, işgəncə altında onlardan bu cinayəti işləmələri ilə bağlı etiraf alıb.

Xatırladaq ki, SEPAH komutanının öldürülməsi ilə bağlı ötən illərdə də bir çox insanları həbs edərək ömürlük həbsə məhkum ediliblər.

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture