/  
Ön yapraq » Oğuz xəbər » Beynəlxalq təşkilat Türkmən alimin azadlığını tələb etdi

Beynəlxalq təşkilat Türkmən alimin azadlığını tələb etdi

Oğuz TV: “Nigaran Alimlər Komitəsi” (Committee of Concerned Scientists)  Türkmən alim Ümid Kövkəbinin azadlığını tələb etdilər.

Komitənin üzvləri,  bəhmən ayının 10-da İran prezidenti Həsən Ruhaniyə məktub yazaraq 5 ildir Tehranın Evin zindanında həbs çəkən  türkmən alimi Ümid Kövkəbinin dərhal azadlığa buraxılmasını tələb etdilər.

Xatırladaq ki, gənc alim Amerikanın Texas üniversitetində PHD üzrə təhsilini davam etdirmək üçün Amerika gedərkən Tehran hava limanında tutuqlanmış, 10 il həbsə məhkum edilmişdi. Rejim gənc alimi xarici ölkələrlə əlaqə saxlamaqda, əməkdaşlıqda, qanunsuz gəlir əldə etməkdə günahladıraraq 1390-ci  il bəhmən ayında həbs edib. İran rejmi hətta gənc alimi “Mossad” təşkilatına casusluq etməkdə də günahlandırıb.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture