/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Birləşmiş Ərəb Əmirliklərindən, iran fars rejiminə ciddi xəbərdarlıq

Birləşmiş Ərəb Əmirliklərindən, iran fars rejiminə ciddi xəbərdarlıq

Oğuz TV: Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ-Emarat Motahde ərəbi), Yəməndə məşruiyət əleyhinə milislərə qeyri-qanuni yollarla silah tədarük etdiyi üçün İran alanan ölkənin Abu Dabi Müvəqqəti İşlər Vəkilini nazirliyə çağıraraq, etiraz notası verib.
 
 Oğuz TV nin BƏƏ rəsmi xəbər agentliyi WAM dəm aldığı xəbərə görə, Dışişləri və Uluslararası işbirliği Nazirliyinə bağlı, Hüquq Məsələləri Üzrə Nazir Müavini Əbdürrəhman Əl-avdi, İran adlanan ölkənin Abu Dabi müvəqqəti işlər vəkilini nazirliyə çağıraraq, “İran adlanan ölkənin Yəməndə məşruiyət əleyhinə milislərə qeyri-qanuni yollarla silah tədarük etdiyi səbəbilə” etiraz notası verib.
 
 Milislərə qeyri-qanuni yollarla silah tədarükünün, Birləşmiş Millətlər Güvənliq Şurasının bu (BMGŞ) çərçivədəki bağlayıcı maddələrini pozduğu və Yeməyin əgəmənliyinə qarşı saldırı olduğunu qeyd edən Avdi, bu vəziyyətin, çatışmayı qızışdırdığını deyib.
 
Avdi, BMGŞ nin bu istiqamətdəki 2216 nömrəli qərarının açıq olduğunu vurğulayaraq, “Yəməndə aralarında insansız hava vasitələrinin olduğu İrana aid silahlar, son zamanlarda Səudiyyə Ərəbistanı yönətimi altındakı koalisiya qüvvələri tərəfindən hədəf alındı. İranın silah tədarükü, bu istiqamətdəki uluslararası qərarları açıq şəkildə pozur”. İfadəsini qullandı.

 

Comments,Baxışınız
oguz gif telegram