/  
Ön yapraq » Oğuz xəbər » Dünya » BMT:Hüsilərin raket gücünün arxasında iran var
“Sepah”ın raket üzrə hərbi mütəxəssisi Yəməndə öldürülüb

BMT:Hüsilərin raket gücünün arxasında iran var

OğuzTV:BMT baş katibi Antonio Quterreşin husi üsyançıların Səudiyyə Ərəbistanına atdığı raketlərin istehsal edildiyi ölkə ilə bağlı hazırladığı gizli bir hesabatda, iran Fars molla rejiminin bu hücumların arxasında olması ehtimalı üzərində dayanılıb. Bu barədə “Röyters” agentliyi dekabrın 10-da məlumat yayıb.

Yayılan məlumata əsasən, heabatda bildirilir ki, BMT mütəxəssislri, Yəməndən Səudiyyə Ərəbistanına atılan raketlərin növünü və hansı ölkədə istehsal edildiyini müəyyənləşdirmək üçün Ər-Riyaza yollanıblar: “BMT müfəttişlərinin raketlərin quruluşu və digər özəllikləri barədə apardığı araşdırmaların nəticəsi göstərir ki, bu raketlərin mənbəyi eynidir və onlar vahid bir mərkəzdən yönləndirilib.

Belə ki, mütəxəssislər, ötən ay və ondan əvvəllki aylarda Səudiyyə Ərəbistanına atılan raketlərin hissəcikləri üzərində, “Sepah”ın “Şəhid Baqiri Sənaye ”nun nişanın aşkarlayıblar. Bu sənaye qrupu isə, BMT-nin qara siyahısına salınmış bir şirkətidir. Müfəttişlərin bu barədə araşdırmaları davam edir və onlar məsələ ilə bağlı toladıqları bütün məlumatları BMT-yə göndərirlər”.
Qeyd edək ki,dekabrın 10-u sübh saatlarında Fars rejiminin Mafiya-terror qolu kimi fəaliyət edən Sipahin  (İnqilab Keşikçiləri Korpusu -Sepah) raket üzrə hərbi mütəxəssisi Yəmənin paytaxtı Sənada öldürülüb.“Sepah”ın hərbi eksperti kimi Yəmənə göndərilmiş Hüseyn Xosrəvi, Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası qüvvələri tərəfindən,   Sənanın Ərhəb məntəqəsindəki mövqelərini bombardman etməsi zamanı həlak olub.

Xatırladaq şövinist fars molla rejiminin dəstəklədiyi terror  qrupu husilərin noyabrın 4-də Ər-Riyazın beynəlxalq hava limanına atdığı raket, yerə düşmədən, səmada Səudiyyə Ərəbistanının hava qüvvələri tərəfindən məhv edilib.Ər-Riyazın başlçılıq etdiyi ərəb koalisiyası noyabrın 6-da rəsmi bəyanat yayaraq İranı Səudiyyə Ərəbistanına qarşı hərbi təcavüzdə günahlandırıb. Koalisiyasının sözçüsü Torki əl Maliki jurnalistlərə açıqlamasında bildirib ki, Səudiyyə Krallığı paytaxtına atılan raketin İranda istehsal edildiyi artıq müəyyən edilib.

 

Comments,Baxışınız
oguz gif telegram