/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Böyük Yeraltı-yerüstü sərvətlərə malik olan Güney Azərbaycan türkləri İşsizlikdən Azərbaycanı tərk edirlər

Böyük Yeraltı-yerüstü sərvətlərə malik olan Güney Azərbaycan türkləri İşsizlikdən Azərbaycanı tərk edirlər

OğuzTV:İran işğalında olan Güney Azərbaycanda, işsizlik iranın,çoxlu əyalətləri ilə müqayisədə üçürüm fərqlərilə inanılmaz yüksəkdir.Güney Azərbaycanın müxtəlif bölgələrində millətin yaşam səviyəsinin aşağı olması, işsizlik, bahalıq və inflyasiya əhalinin əsas problemi olaraq  milli problemleri yanında gözə çarpanlardandır.

Həmid Haşimzadə

İran ırqçı və sömürgəçi dövləti Azərbaycan sərvətlərini və mədənlərin söküb talan etməklə yanaşı ,bəlli siyasətlər güdərək Azərbaycan türklərinə iş alanlari  yatırılmasının və xarıcı və daxili yatırımların  bölgəyə gəlməsinin önün alıb.Azərbaycan türkləri son 40 ilde  işsizlikdən  iran adlanan yerin  başqa başqa bölgələrinə  köçmək məcburiyyətində qalıblar . Fars işğalçı dövlətin bu məsələyə bilərək laqeyd yanaşması vaxtaşırı türklərin etirazına səbəb olur.

Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətinin Yatırım İşləri üzrə  bölmə  başqanı Həmid Haşimzadə” bölgədə  yatırımın olmamasını və Azərbaycan bölgələrinin ən köklü problemlərindən biri işsizlik böhranıdır “diyə etiraf edib.Əsir Güney Azərbaycanın digər vilayətləri kimi, Qərbi Azərbaycan Vilayətində də işsizlik və yoxsulluq milləti ağır duruma salıb.İran rejiminin Öz açıqlamalarına görə  digər ölkələrin əksinə,İranda bir saat işləyən vəya iş yerini müvəqqəti olaraq itirən şəxslər işsizlər arasında sayəlmır.

Fars rejiminin Batı Azərbaycan əyalətində görvləndirdiyi  İctimai Rifah, İş və Korporasiya İdarəsinin rəisi Rza Tağızadə etiraf eidib ki“Batı Azərbaycan əyalətindəAzərbaycanın digər əyalətləri kimi işsizlik səviyyəsi olduqca yüksək olmaqla yanaşı  hazırda rəsmi statistikaya görə, 115000 nəfər işsizdən, onlardan 37000-i ali təhsillidir və bu gedişat da günü gündən daha artırılmaqdadır”.

Molla rejiminin Güney Azərbaycanın Məlikanın (Məlikkəndi) şəhri adına seçdiyi millət vəkili Salman Xudadadı Etiraf etmidir ki “Dövlətin məşğulluq səviyyəsi ilə bağlı elan olunan rəsmi rəqəmlər reallıqla təzad təşkil edir və həqiqəti əks etdirmir

Güney Azərbaycanın Ərdəbil əyalətində Rəsmi rəqəmlərə görə, 70 min nəfər işsiz var.Rejim Hərzaman rəqəmləri az göstərsədə yinə göstərdiyi statik rəqmlər üzücüdür.Rejim 2016 ilin sonunda bildirmişdir ki  Ərdəbildə ailələrdə ən azı bir nəfər işsiz var

 

Fars rejiminin Güney Azərbaycanın Mərənd və Culfa əhalisi adına seçdığı millət vəkili Məhəmməd Həsənnəjad   “Bəsic” xəbər agentliyinə verdiyi müsahibədə bildirib ki “Azərbaycan İşsızlikdən artıq digər (Fars-ərəb sakinli)əyalətlərə mühacir göndərən  əyalətlərə çevrilmişik. Əhali sayısı get gede azalmaqdadır  və əhali digər bölgələrə köçür demək işsizlik bunlara səbəb verir  . bölgədən və vətənindən qaçmağa və köçməğə məcbur bıraxmaq  bir tur soyqırımdır .bununda səbəbi yaradılan işsizlik və umudsuzluk olub.

Comments,Baxışınız
oguz gif telegram