/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Bu gün əsgərliyini bitirən milli fəal 100 milyonluq vəsiqə qarşılığında sərbəst qaldı

Bu gün əsgərliyini bitirən milli fəal 100 milyonluq vəsiqə qarşılığında sərbəst qaldı

Oğuz TV: Hərbi xidmətini bu gün başa vuran milli fəal Əkbər Cahangiri 100 milyonluq vəsiqə qarşılığında zindandan azad edildi.

Doğu Türküstan üçün eyləm keçirib, Çin zülmü altında əzilən soydaşlarımıza dəstək verdiyi üçün ötən il “Qüts günü”ndə tutuqlanmış və həbsə məhkum edilmişdi. Mülki vəsiqə qarşılığında azadlığa çıxan milli fəal, əsgərlik müddətini çəkmək üçün hərbiyə göndərilib. Lakin bu il yenidən “Qüts günü”ndə Doğu Türküstana dəstək verən Cahangiri bu gün əsgərliyini başa vurduqdan sonra yenidən zindana göndərilirdi.

Ə. Cahangirinin işinə baxan hakim, ondan zindandan azad edilməsi üçün 100 milyonluq vəsiqə tələb edib. Milli fəalın yaxınları bu vəsiqəni məhkəməyə təqdim etməklə onu zindandan azad ediblər.

Comments,Baxışınız
oguz gif telegram