/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Bugün 22may Qəhraman Şəhid Firidun İbrahimi’nin 71 ci illiyi +Video
Bugün 22may Qəhraman Şəhid Firidun İbrahimi’nin 71 ci illiyi +Video

Bugün 22may Qəhraman Şəhid Firidun İbrahimi’nin 71 ci illiyi +Video

OğuzTV:”1947-ci ilin may aynın 22-də Təbriz şəhərində günəşli havada böyük canlanma var idi. Əhali “Gülüstan bağı”na yığılmışdı. Orada dar ağacı qurulmuşdu. Camaata məlum idi ki, bu gün Milli Hökümətin Baş Prokuroru Firudin İbrahimini dar ağacından asacaqlar (digər inqibalçıların hamısını Təbriz şəhərinin “Saat qabağı” adlanan yerində dar ağaçından asırdılar).

“Gülüstan bağı” şah qoşunu və jandarmaları ilə əhatə olunmuşdu. Saat 12-yə yaxın uca boylu, enli kürək, əynində milə-mil pencək, ağ köynək və qırmızı qalstuk taxmış, şux geyimli Firudin Ibrahimini jandarmaların əhatəsində dar ağacına gətirdilər. O vaxta qədər F.İbrahimini görməmişdim. Birdən əhali təlatümə gəldi. Jandarmalara və şah qoşununa hücum ctmək istədilər. Xalqın nahaq qanının töküləcəyindən ehtiyat edən F.İbrahimi əlini yuxarı qaldırdı və uca səslə dedi: “Mənim əzizlərim, həmvətənlilərim, səbr edin, qoy qan tökülməsin! Çox keçməz ki, Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq. Yaşasın Azərbaycan xalqı! Yaşasın doğma Ana Vətənimiz Azərbaycan!” Cəlladlar qorxularından F.İbrahimini dərhal edam etdilər.”


Cənubi Azərbaycanda milli demokratik hərəkatın rəhbərlərindən biri olan İbrahimi Firudin Qəni oğlu 1919-cu ildə noyabr ayının 20-də Cənubi Azərbaycanın Astara şəhərində anadan olmuşdur. Tehran Üniversitəsində huquq qurtardı. Milli Hökümətin dadsitanı olan bu yazıçı və qəzetəçi Fədayi, Milli Hökümətin qanlı xəzanından sonra 1947  cil(1326da) Şah höküməti tərəfindən e’dam edildi. Ölümlə qəhrəmanca qarşılaşması, İbrahimi’ni unudulmaz bir xalq dəstanına çevirdi.

Güney Azərbaycanın 1945-46-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyilə qurulan Milli Hökümətin baş Prokroru olumuş və 1946-ci ildə milli hökumətə xəyanətlər nəticəsində məğlub edildikdən sonra Fars cəladları tərəfindən həbs olunaraq qərəımancasına şəhid olmuş Firidun İbrahimi Təbrizin İmamiyyə qəbristanlığnda dəfin edilibdir.Uzun illər gizli saxlanılan həmin mazar 1979-ci il Təbrizdə milli hərkat fəalları tərəfindən həmin məzar və onula eyini tale yaşayan və edam olunan bir nəçə Fədayinin məzarları bərpa olunaraq uzərlərində onların adları yazıldı.Lakin Fars molla rejimi hakimiyyətini möhkəmləndirəndən sonra yenidən həmin məzarları ziyarət edənləri təqib və təziqlərə məruz qoymağa başladı.Lakin bütün bunlara baxmayaraq Güney Azərbaycanın milli fəalları hər il 22 may və  12 dekabr (21 Azər) ərəfəsində gizli və aşkar həmin mzarları ziyarət edərək öz qəhrəmanlarının xatirəsinə yad edir və məzar üzərinə gül çəlngləri quyurlar.

 

Həbib Sahir:

İldönümün tutan yoxdur
Yoxdur səni yada salan
Qəbrin üstə göy ot bitdi,
Ey namurad yazıq cavan
Asıldığın gündən bəri
Matəmlidir göy gülüstan

Dolaşarkən şumal yeli,
Yurdun qızıl bayrağında
Ellər ilə od yandırdın
Babəkilər ocağında
Lakin əfsus son ışıq tək
Söndün həyat çırağında

Nə ellərin məktəbində
Kitabını açan oldu
Nə yazdığın qızıl yazı,
Rəvac tapıb dəstan oldu
Lakin sanma bu əsirdə,
Hər şey bitib nisyan oldu

Günün yeddi rəngi ərir
Qızılözən sularında
Sənin izin, kölgən qalmış
Astara’nın baharında
Faşizm hələ höküm sürür
Qızıl odlar diyarında

Məktəblərdə anadilin
Oxutduran usta yoxdur
Ordu ordu oymaqlarda
Əsir çoxdur, azad yoxdur
Geçib çıraq, sönüb ocaq,
Xaraba çox, abad yoxdur

Getdim baba diyarına,
Gördüm bayquş fikrə dalıb
Qəbrin üstə axşam çağı,
Payız günü şəfəq salıb
Səndən yoldaş xatirələr,
Dərin sızı canda qalıb

Əzrayilə qılınc çəkim,
Yenə bir gün öləcəyəm
Çıraq kimi, ya bir axşam,
Ya bir səhər öləcəyəm
Bilirəm ki yer altında
Toz torpağa dönəcəyəm

Bunla belə əminəm ki
Nur zülməti boğacaqdır
Ən nəhayət ufuqlardan
Qızıl günəş doğacaqdır
Daş nə qədər bərk olsa da,
İsti soyuq oğacaqdır

Comments,Baxışınız
oguz gif telegram