/  
Ön yapraq » Məqalə ,Analiz və söyləyiş » Bugün Azərbaycanın güneyındə son çərşənbə bayaramı qeyd olunur
چرشنبه نیز قوتلو اولسون

Bugün Azərbaycanın güneyındə son çərşənbə bayaramı qeyd olunur

OğuzTv: Bugün Baharın gəlişindən xəbər verən 4 çərşənbədən sonuncu olan İlaxır çərşənbədi. Gələn həftə ikinci gün il təhvil olacağı üçün bugün güney Azərbaycanda Son çərşənbə bayaram havası var.

Türk gələnəyinə görə, bu çərşənbədə insanlar səhər tezdən bulaq başına gedər,suyun üstündən atlanar və ürəklərindəki diləkləri suya danışarlar. İnsanlar təzə paltarlarını geyinər, küsülülər barışar, adət üzrə qulaq falına gedilər. Qulaq falına gedənlərin nigaran qayıtmamalar üçün o gün bütün evlərdə xoş sözlər danışılar.

Bugün bütün evlərdə plovlar dəmlənir, süfrələr bəzənir və tonqallar qalanaraq ətrafına toplanılır.

Baharın gəlişinin müjdəçisi olan ilaxır çərşənbə mərasim, ayin, oyun və şənliklərlə ən zəngin olanıdı. Çünki həmin günün mərasimləri həm suya, həm oda, həm yelə, həm də torpağa inamı əks etdirir.

Son çərşənbəniz qutlu olsun əziz soydaşlarımız.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture