/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Bugün Güneydə “Çöl Günü”dü

Bugün Güneydə “Çöl Günü”dü

Oğuz TV:  13 fərvərdin(1 aprel) Güney Azərbaycanda ənənəvi olaraq “Çöl günü” qeyd edilir.

Baharın ən gözəl tətil günüdü. Bugün münasibəti ilə insanlar  təbiət qoynuna gedərək istirahət gününü dağlarda, çöllərdə keçirirlər. Soydaşlarım bugünü qruplar halında təbiətə gedərək, milli musiqilərimizi ifa edir, şerlər oxuyur və əylənirlər.

İran rejmi tərəfindən  Urmu gölünün kəskin qurudulmasına qarşı soydaşlarımız hər təbiət günü Urmu gölüylə bağlı toplantılar keçirir, gölün qurudulmasına öz etirazlarını bildirirlər.

1390-cı il 13 fərvərdin (2 aprel 2011) Təbriz başda olmaqla Urmu, Ərdəbil və s. şəhərlərdə Urmu gölünün rejim tərəfindən qurudulmasına qarşı günlərlə davam edən eyləmlər olmuş, bu eyləmləri İran rejmi hərbi güc tətbiq edərək yatırmışdı. Eyləmlərdən sonra yüzlərlə soydaşımız müxtəlif növ həbs və işgəncələrə məruz qalmışdı.

Güneydə belə olaylardan qorxuya düşən rejim, hər “Çöl günü” yaxınlaşdıqcaq baş verə biləcək eyləmlərin qarşısını almaq üçün milli fəalları müxtəlif bəhanələrlə tutuqlayaraq, ola biləcək hər hansı bir toplantıya icazə vermir.

 “Çöl günü”nüz qutlu olsun əziz soydaşlarımız.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture