/  
Ön yapraq » Məqalə ,Analiz və söyləyiş » Bügün Öndər Əbülfəz Elçibəyin 79 yaşı tamam olur-Video

Bügün Öndər Əbülfəz Elçibəyin 79 yaşı tamam olur-Video

OğuzTV:Bu gün Azərbaycanın eks-prezidenti, Quzey Azərbaycan milli azadlıq hərəkatının lideri, AXC-nin qurucularından biri ,Bütöv Azərbaycan idiyasının terorik olaraq yardıcısı ,Əbülfəz Elçibəyin 79 yaşı tamam olur.

Əbülfəz Elçibəy 1938-ci ildə Naxçıvan mahalının Ordubad rayonunda Kələki kəndində dünyaya göz açıb. O, bir sovet dissidenti olaraq Azərbaycanın müstəqillik qazanmasında rol oynamış önəmli şəxsiyyətdir. Elçibəy 72 illik kommunist əsarətindən sonra müstəqillik qazanmış Azərbaycanın seçkilərlə, xalq iradəsi ilə seçilən ilk prezidenti olub.

Əbülfəz Elçibəy tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparıb, gizli tələbə dərnəkləri yaradıb və azadlıq ideyalarını yayıb. O, Bütöv Azərbaycan ideyasını da dönmədən təbliğ edib.Hələ gənclik illərindən başlayaraq türk dünyasının böyük mütəfəkkirlərinin, xüsusilə M.Ə.Rəsulzadə, Pişəvəri ,Səttarxan,Xiyabani ,İ.Qaşpiralı, Ə.Hüseynzadə və digərlərinin tarixi xidmətlər vəəsərlərilə tanışlıq onun ruhi aləmində böyük dəyişikliklər yaradır.

1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda Elçibəy onun rəhbərlərindən olub. O, Azərbaycan Xalq Cəbhəsi təsis ediləndən (iyul 1989) ömrünün sonunadək bu qurumun sədri olub.

AXC-nin gərgin mübarizəsi sayəsində 18 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyi haqqında tarixi qərar qəbul edilib.
Əbülfəz Elçibəy 7 iyun 1992-ci ildə Azərbaycanda ilk dəfə demokratik yolla prezident seçilib. O ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqın rifahının yaxşılaşdırılması yolunda mühüm işlər görüb.

Onun prezidentliyi dövründə bir sıra tarixi nailiyyətlərə imza atılıb: sovet qoşunları ölkədən çıxarılıb, ali məktəblərə qəbul imtahanlarında test üsulu tətbiq edilib, Azərbaycanın milli valyutası dövriyyəyə buraxılıb və s.
Əbülfəz Elçibəy güneyli soydaşlarımızın ana dilində təhsil haqqı uğrunda başladıqları mübarizəyə böyük önəm verir, bütün diqqəti Güneydə gedən proseslərə yönəltməyə çalışırdı. Böyük öndər siyasi fəaliyyətinin Kələki dönəmini əsasən, Güneyə, daha doğrusu Azərbaycanın bütövlüyü uğrunda mübarizəyə həsr etdi.

Bəyin gərgin əməyi və yuxusuz gecələri Azərbaycanın bütövlüyü ilə bağlı bitkin bir konsepsiya ortaya gətirdi. Quzeydə birbaşa Bütöv Azərbaycan hədəfinə yürüyən təşkilat yaratdı. Tezliklə Bəyin ideyaları Güneydə qəbul edildi. Elçibəyin güneyli ardıcılları ortaya çıxmağa başladı. Bəy Quzeydə Güneyin azadlığı uğrunda mübarizəyə mümkün qədər çox adamı cəlb etməyə çalışsa da, bilirdi ki, mövcud dünya reallıqları elədir ki, hərəkat Güneyin öz içindən idarə olunmalı, böyüyüb gücə çevrilməlidir.

Qısa zaman içində böyük öndərin arzuları reallığa çevrildi. Güneydə böyük bir hərəkat və onu idarə edə bilən liderlər yetişdi. Lakin Bəy bunu görmədən dünyasını dəyişdi. Bütöv Azərbaycanın rəmzinə çevrilmiş Əbülfəz bəyin ölümü Quzeydəki milli dirçəlişi geri atdı. Azərbaycanın bütövlüyü məsələsi başı siyasi hakimiyyət uğrunda mübarizəyə qarışmış qüvvələrin gündəliyindən çıxdı.

Güneyin özündə isə hərəkatdaxili mübarizə başladı. Böyük öndər tərəfindən hazır yol, konsepsiya qoyulduğu halda “necə gedək”, “hansı yolla gedək” kimi mənasız dartışmalar ortaya çıxdı və min təəssüf ki, bu, bu gün də davam edir. Halbuki buna lüzum yoxdur. Böyük öndər milli hədəflərimizi açıq-aydın göstərib: millətləşmə, dövlətləşmə, bütövləşmə! Bəyin özünün etkisi ilə başlamış millətləşmə sürəci Güneydə çox uğurla və sürətlə davam etməkdədir.

Bəy deyirdi ki ,Bu gün güneyli hərəkatçı Quzeydən iynəli sözlər,  qəhrəmanlıq şüarları yox, real yardım almalıdır. Təmənnasız yardım! Biz bunu “adım tarixdə qalsın” deyə etməməliyik! Etməliyik ki, vətən Vətən olsun! Bütöv Azərbaycan olsun!

1993-cü ildə Gəncədə qaldırılmış hərbi qiyamdan sonra postunu tərk etməyə məcbur olan Elçibəy 4 il doğma kəndi Kələkiyə gedib.Elçibəy 1993-cü ilin iyununda hakimiyyətdən uzaqlaşdırılıb və doğma Kələki kəndinə gedib, 4 il 4 ay orada yaşayaraq siyasi mübarizəsini davam etdirib.

1997-ci ilin 30 oktyabrında Bakıya dönən Əbülfəz Elçibəy yenidən Azərbaycan müxalifətinin liderinə çevrilib. Demokratik Konqresə sədr seçilib (1997), həmin ilin noyabrında Bütöv Azərbaycan Birliyini yaradıb.Tanrı elçisi Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə – 62 yaşında Türkiyənin Ankara şəhərində vəfat edib.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture