/  
Ön yapraq » Oğuz xəbər » Bursada qadın canlı bomba özünü partlatdı

Bursada qadın canlı bomba özünü partlatdı

Oğuz TV: Türkiyənin Bursa şəhrində yerləşən Ulucami yanında qadın intihar bombacı özünü partlatdı. Partlayışda qadın canlı bomba öldü, 13 nəfər yaralandı. Xəstəxanaya müraciət edən vətəndaşların sayı isə 20ye çatıb.

Oğuz TV nin aldığı bilgiyə görə, qadın canlı bombanın, terror təşkilatı IŞİD üyəsi olma ehtimalının qiymətləndirildiyi bildirildi. Digər bir ehtimal isə saldırıyı terror təşkilatı PKK-nın həyata keçirdiyi istiqamətində. Türkiyə Sağlıq Naziri Müəzzinoğlu, yaralılardan vəziyyəti ciddi olan kimsənin olmadığını bildirdi, “13 xəstəmiz xəstəxanalara daşınıb. 13 yaralı içində vəziyyəti ağır olan vətəndaşımız yox. Xəstəxanalara müraciət sayı 20ye çatıb. Həyatı risk daşıyan bir hal yoxdur” deyə danışdı.

Polis, partlayışın ilk anlarında Ulucaminin batı cəbhəsində bir qadının yerdə qanlar içində cansız yatdığını görərək, canlı bomba olma ehtimalı üzərində dayandı. Digər bir ehtimal əl istehsalı partlayıcı. Əvvəlcədən qoyulan əl istehsalı partlayıcının kumanda ilə partladılmış ola biləcəyi ehtimalı da qiymətləndirilib. Transformator, qaz və ya borucuq partlaması ehtimalı da araşdırılıb. Ancaq qısa müddət sonra partlayışın səbəbinin qadın canlı bomba olduğu anlaşılıb.

Comments,Baxışınız
oguz gif telegram