/  
Ön yapraq » Oğuz xəbər » Cəbhə xəttimizdə gərginlik artır-Zakir Həsənov

Cəbhə xəttimizdə gərginlik artır-Zakir Həsənov

OğuzTV:Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar nəticə vermir, cəbhə xəttində gərginlik durmadan artır. Bu sözləri Quzey Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov RİA-ya müsahibəsində deyib.

“Son illər Ermənistan və Azərbaycan ordusunun qarşı-qarşıya dayandığı döyüş bölgəsində gərginlik artır. Bunun yeganə səbəbi Azərbaycan torpaqlarının işğal olunmasıdır”, – nazir bildirib.

Zakir Həsənovun sözlərinə görə, qoşunların təmas xəttindəki vəziyyət mürəkkəbdir və bu normal olaraq bəzən silahlı mübarizəyə çevrilir. 2 rəqib ordunun qarşı-qarşıya durduğu müddətdə bunlar baş verəcək, ancaq zərbələr məqsədyönlü şəkildə mülki əhaliyə endirilirsə, bu artıq cinayət deməkdir.
“Azərbaycan Ermənistanın “İsgəndər”lərinin zərbəsini dəf edəcək raket əleyhinə sistemlərə malikdir.Mən Müdafiə naziri olaraq bəyan edirəm ki, biz həmin raketləri məhv etməyə qadirik. Azərbaycan onlardan kəmiyyətcə 50 dəfə daha çox raketə malikdir. Sözlərimə görə tam məsuliyyət daşıyıram. Təsəvvür edin, onlar infrastruktura və hərbi obyektlərə zərbə endirmək fikrinə düşsələr, cavab zərbəsi necə olacaq”, – nazir bildirib.

Müdafiə naziri ermənilərin Rusiyadan aldığı “İsgəndər” raketlərinin keyfiyyəti ilə bağlı fikrini də bölüşüb: “Bəli, “İsgəndər” yaxşı raketdir, lakin bəzi suallar yaranır. İlk növbədə, bu hansı “İsgəndər”dir? Çünki onun bir çox növü var. İkincisi, bu “İsgəndər”lər hansı vəziyyətdədir? Üçüncüsü, bu “İsgəndər”ləri kim idarə edir? Dördüncüsü, onlar bu silahı tətbiq edə biləcəklərmi? Biz hərbçilər olaraq, həmişə mümkün olan ən pis variantı düşünürük və ona hazır oluruq. Doğrudur, haqqında danışdığım raketlər Rusiyadan alınmayıb, amma keyfiyyətcə heç də onlardan aşağı deyil. Silahlarımızı sınaqdan keçirmişik. Nəticə mükəmməldir. Biz əminik ki, hərbi qüvvələrimizi və yaşayış ərazilərimizi qoruya biləcəyik!”

oguz gif telegram