/  
Ön yapraq » Oğuz xəbər » Cəbhədə savaş. 12 əsgərimiz Şəhid oldu

Cəbhədə savaş. 12 əsgərimiz Şəhid oldu

Oğuz TV: Qarabağ cəbhəsində savaş davam edir.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, 14 fərvərdinə (aprelin 2-nə) keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən sürətli atəşə məruz qalıb.

Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.
Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

cebhede-texribat-esgerimiz-sehid-oldu
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.
Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.
Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Müdafiə naziri döyüşlərdə iştirak edən şəxsi heyətin döyüş qabiliyyətini, hərbi təcrübəsini və döyüş ruhunu yüksək qiymətləndirib.
Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə düşmənə vurulacaq zərbələr daha ağır və sarsıdıcı olacaqdır.
 

Ermənilər kəlbəcərin işğal gününün il dönümünü seçdilər 

“Ermənistan Silahlı Qüvvələrinin vəziyyətin gərginləşdirilməsinə yönəlmiş əməlləri Azərbaycan Respublikasının Kəlbəcər rayonunun 2 aprel 1993-cu il tarixində işğalı tarixi ilə üst-üstə düşür.

Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən məxsusi olaraq 822(1993) saylı qətnamə qəbul edilmişdi. BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874(1993) və 884(1993) saylı qətnamələrində Ermənistan qoşunlarının tam və qeyd-şərtsiz bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunsa da, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı, vəziyyətin qəsdən gərginləşdirilməsi və mülki insanların hədəfə alınmasına yönələn təxribatçı əməllər davam etdirilir.  Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğu münaqişənin həllinə başlıca maneə olaraq, vəziyyətin gərginləşməsi və insidentlərin baş verməsinin əsas səbəbidir.

Münaqişənin həllinə nail olmaq və regionda davamlı sülhü bərqərar etmək üçün beynəlxalq ictimaiyyət qəti şəkildə BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq, ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmasını rəsmi Yerevandan tələb etməlidir”, – deyə Hikmət Hacıyev əlavə edib.

Rusiya dilə gəldi

fft99_mf6328402Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan cəbhə xəttindəki son gərginliklə bağlı danışıb.

Dövlət başçısı münaqişə tərəflərini dərhal atəşkəsə riayət etməyə və dözümlülük nümayiş etdirməyə çağırıb.
“Rusiyanın Müdafiə Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan cəbhəsindəki vəziyyəti diqqətlə izləyir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, bu gün səhər saatlarında Azərbaycan və Ermənistan sərhəddində vəziyyətin gərginləşməsi ilə bağlı bütün məlumatları Xarici İşlər Nazirliyi diqqətlə öyrənməyə çalışır.

 

img1915861ATƏT- in Minsk qrupu həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa) və İqor Popov (Rusiya) təmas xəttində baş verən son gərginliklə bağlı birgə bəyanat yayıblar.
 
APA-nın məlumatına görə, həmsədrlər təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin geniş miqyasda pozulması ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər: “Biz gücdən istifadəni sərt şəkildə pisləyirik və mülki insanlar daxil olmaqla insan itkilərinə görə təəssüflənirik”.
 
Həmsədrlər tərəfləri atəşi dayandırmağa və ərazidə vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırırlar.
 
“Münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur”, – deyə bəyanatda bildirilir
Comments,Baxışınız
oguz gif telegram