/  
Ön yapraq » Oğuz xəbər » Cəbhədən son xəbərlər -Görüntülü

Cəbhədən son xəbərlər -Görüntülü

OğuzTV:Cəbhədə vəziyyət yenidən gərginləşib. Belə ki, atəşkəs yenidən pozulub.- Müdafiə Nazirliyi

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.Onun sözlərinə görə, hazırda üç istiqamətdə – Füzuli, Tərtər, Ağdam istiqamətində döyüşlər gedir.

Ordumuz işğaldan qaytarılmış bütün ərazilərə nəzarət edir
Ermənistan tərəfi təxribatçı mövqeyindən əl çəkməyərək yalan informasiyalar yaymaqda davam edir.
Bu gün Ermənistan tərəfinin Talış kəndi ətrafındakı strateji yüksəkliyin geri qaytarması barədə yaydığı informasiyaya münasibət bildirən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bilidirb ki, bu informasiyalar həqiqəti əks etdirmir və Azərbaycan ordusu Talış kəndi ətrafında strateji yüksəkliyə, eləcə də düşmən işğalından qaytarılmış bütün ərazilərə nəzarət edir
 
 
Ermənistanda cəbhəyə dəstək üçün xüsusi kampaniya başladılıb.
Bu məqsədlə Facebook-da yaradılan `event`-də deyilir ki, aprelin 4 və 5-də Yerevanda ordu üçün ərzaq və digər vacib məhsulların toplanması kampaniyası keçiriləcək.
 
AzVision xəbər agenti məlumat verir ki, müraciətə görə, `Artsax cəbhəsi`nə ən çox lazım olan məhsullar bunlardır: Tibbi ləvazimat, su konteynerləri, yataq dəstləri, corab, alt paltar, siqaret, çay, konserva.
Bu müraciət açıq-aşkar göstərir ki, erməni ordusunda real vəziyyət necədir. Onlar hətta ən vacib qida və əşyaları da camaatdan toplamağa məcburdurlar.
 
 
Ermənilər Dağlıq Qarabağdakı yaşayış məntəqlərini tərk edərək qaçırlar.
ooSoAlh8b6A
Bunu erməni jurnalist Şaqen Nazaryan “Komsomolskaya pravda” qəzetinə deyib. Onun sözlərinə görə, Şuşa hazırda bomboşdur, insanlar evlərini tərk ediblər.
 
“Şuşa şəhəri bomboşdur, qalan camaat evinə çəkilib. Hadrut istiqamətində hələ də gərgin döyüşlər gedir. Orada doğmalarım var. Anam genişmiqyaslı müharibə olacağlı təqdirdə onları oradan çıxarmağa hazırlaşır. Vəziyyət dəyişməsə, uşaqları çıxardıb dəhlizlə Yerevan istiqamətinə aparacqlar”.
 
Erməni jurnalist bildirib ki, dünəndən başlayaraq Qarabağda əhalidən yaralılar üçün qan yığır, rezervistləri toplayırlar. “Şuşa şəhərində həyat isə demək olar ki, ölüb. İnsanlar küçəyə çıxmır, ancaq heç kimi evakusiya etmirlər”.
 
 
Düşmənin itkiləri ilə bağlı dəhşətli faktlar
1 (1)
 
Aprelin 2-nə keçən gecə cəbhə xəttində baş verən qanlı döyüşlərdə ermənilərin onlarla ölən hərbçisi ilə yanaşı yüzlərlə yaralısı var.
Ötən gündən etibarən Ermənistan KİV-də yerləşdirilən məqalələrin başlıqları yalnız bir istiqamətdə qoyulur: “Yaralılar niyə Qarabağdan İrəvana gətirilir?” və ya “Ermənistanın Müdafiə Nazirliyi itkilərlə bağlı niyə susur?” və.s.
erməni mətbuatı da açıq şəkildə etiraf edir ki, Qarabağdakı son döyüşlərdə Ermənistan tərəfi o qədər itki verib ki, yaralıların yerləşdirilməsi üçün Qarabağdakı hospitallarda yer qalmayıb və onlar helikopterlərlə, avtomobillərlə İrəvana göndərilir.
“Armenianreport” yazır ki, Azərbaycan Müdafiə Nazirliyi şəhidlərinin sayını açıqlasa da Ermənistan Müdafiə Nazirliyi real itkiləri gizlədir və susur.
“Erməni jurnalistlər məlumatları mülki vətəndaşlardan, tibb mərkəzlərindən, ölən əsgərlərin gətirildiyi kilsələrdən və ya təsadüfi şahidlərdən alırlar. Şahidlər isə dəhşətli faktlar deyirlər. Bildirirlər ki, yaralıların sayı o qədərdir ki, onları daşımaq üçün helikopterlər çatmır, avtomobillərlə daşıyırlar. Ona görə də onlar yolda ölürlər. Həkimlər çatışmır, dərmanlar yoxdur”, – erməni saytı yazır.

 


Ümumiyyətlə, erməni mətbuatı döyüşlər başlayan gündən etibarən Ermənistan Müdfaiə Nazirliyini itkiləri gizlətməkdə, yalan məlumatlar yaymaqda günahlandırır. Təsadüfi deyil ki, bu gün Ermənistanda əsgər anaları növbəti etiraz aksiyası keçiriblər.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture