/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Çavuşoğlu: Xocalı soyqırımı bir gərçəkdir

Çavuşoğlu: Xocalı soyqırımı bir gərçəkdir

Oğuz TV: Türkiyı Dışişləri Naziri Çavuşoğlu, “Qafqaz bölgəsinin sabitliyi üçün ən vacib məsələ, bu gün Azərbaycan torpaqlarının yüzdə 20sinin Ermənistan tərəfindən işğal edilməsidir”. Dedi.

Oğuz TV nin aldığı bilgiyə gprə, Çavuşoğlu, Xocalı Soyqırımının 25-ci ildönümü münasibətilə təşkil olunan “Xocalı Soyqırımı, İnsanlığa Qarşı Cinayətlər və Terrorizm” adlı konfransdaki danışığına, İğdırda baş verən yol qəzasında həyatını itirən Türk və Azərbaycanlılara Allahdan rəhmət, yaralılara şəfa diləyərək başladı.

Azərbaycan ilə ikitərəfli əlaqələrin yanaşı, bölgənin sabitliyi və güvınliyi üçün də birlikdə səy göstərdiklərinə işarə edən Çavuşoğlu, xüsusilə Qafqazda və Xəzər Dənizi ətrafında yaratdıqları güclü mexanizmlərlə bölgənin sabitliyinə və iqtisadi inkişafına töhfə verdiklərini söylədi.

Çavuşoğlu “Xocalı Soyqırımı bir həqiqətdir
özəlliklə Qafqaz bölgəsinin sabitliyi üçün ən vacib məsələ, bu gün Azərbaycan torpaqlarının yüzdə 20sinin Ermənistan tərəfindən işğal edilməsidir. Eyni şəkildə, illərdir bütün beynəlxalq təşkilatların, xüsusilə də Avropa Təhlükəsizlik və Əməkdaşlıq Teşkilatıın (ATƏT), ATƏT üçlüyünün və üçlüyə üzv dövlətlərin təəssüf ki, həll etməkdə bitərəf qaldığı, tərəddüd etdiyi, hətta uzanmasında fayda gördüyü Qarabağ problemidir”. İfadəsini istifadə etdi.

Xocalı soyqırımının insanlıq cinayəti olduğunu diqqətə çatdıran Çavuşoğlu, Xocalını heç vaxt unutmadığını və unutmayacaqlarını vurğuladı.

Çavuşoğlu, Xocalı Qətliamını bütün dünyaya çatdırmağa davam edəcəklərini bildirərək, sözlərini belə davam etdirdi:

“İlləedir Ermənistanın 1915 hadisələri ilə bağlı böhtanları mübarizə edirik. Ermənistan bizim təkliflərimizi rədd etmişdir. Birgə komissiya yaradaq, arxivləri açaq, elm adamları gəlsin qoşulsun, başqa ölkələrdən də iştirak etsin. Ermənistan reallıqlarla üzləşmək istəmir. Amma Xocalı Qətliamı bir həqiqətdir. 21-ci əsrdə 25 il əvvəl bütün dünyanın gözləri önündə baş vermişdir. Əsasən Xocalı Qətliamını törədənlərin o günkü komandirinin bunu izah etməsi və müdafiə etməsi də ibrətamizdir. Deyir ki, Ermənilərin, sivil insanlara, qadınlara, uşaqlara toxunmayacağına inananlar Xocalıda nə edəbilərik görmüşlər. Belə bir vəhşilik, bu qədər qeyri-insani ifadələrlə savunulabilir. O adam təəssüf ki, bu gün o ölkəni idarə edir. Təəssüf ki, Ermənilərin insanlıq anlayışı budur. Xüsusilə bu gün Ermənistanı idarə edənlərin”.

Çavuşoğlu həmçinin Azərbaycan Dışişlər naziri Elmar Məmmədyarov ilə bu gün səhər görüşdüklərini deyib.

Comments,Baxışınız
oguz gif telegram