/  
Ön yapraq » Oğuz xəbər » Cizrədə 619 terrorist öldürüldü

Cizrədə 619 terrorist öldürüldü

Oğuz TV: Türkiyənin Şırnaq vilayətinin Cizrə qəsəbəsində iki ay davam edən hərbi əməliyyatlar nəticəsində 619 PKK terrorçusu öldürüldü.
 

Oğuz TV-nin apa.az-dan aldığı xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumatda bildirilir ki, təkcə dünən 16 terrorçu öldürülüb, baxış keçirilən 8 binadan 24 PKK-çının meyiti tapılıb: “Hazırda Silahlı Qüvvələr rayona tam nəzarəti bərpa edib. İndiyədək terrorçulara aid xeyli silah-sursat ələ keçirilib. Böıgədə  əməliyyat-axtarış və təmizlənmə tədbirləri davam edir”.
 
Qeyd edək ki, bölgədə iki ay əvvəl hərbi əməliyyatlara başlanılıb, ötən il 23 azərdə (14dekabr)  küçəyə çıxma yasağı elan olunub. Hərbi əməliyyatlar 22 bəhməndə (11fevral) başa çatsa da, küçəyə çıxma yasağı hələ bir müddət davam edəcəyi açıqlanıb. 

 

Comments,Baxışınız
oguz gif telegram