/  
Ön yapraq » Oğuz xəbər » Cizrə’də PKK terror örgütü ağır itki verib

Cizrə’də PKK terror örgütü ağır itki verib

 

Oğuz TV: Şırnakın Cizre mahalında terror təşkilatı PKK ya yönəlik əməliyyatlarda 16 Aralıq/dekabr 2015 dən bu günə 265 terrorist etkisiz hala gətirildi, 132 terrorist sağ olaraq ələ keçərildi, terroristlərcə açılan 432 barrikada qaldırılarkən, 126 xəndək bağlanıldı.

 
Cizredə terror təşkilatı PKK ya yönəlik “Şəhid Jandarma Ehtiyat zabit Kıdemli Çavuş Burak Dəmirçi” əməliyyatı dəvam edir.
 
Oğuz TV nin Şırnak valiliqdən aldığı bilgiyə görə, mahalda bu ana qədər 265 terrorist təsirsiz hala gətirildi, 132 terrorist sağ ələ keçərildi. Terroristlərcə açılan 432 barrikada təhlükəsizlik gücləri tərəfindən qaldırıldı, 126 xəndək bağlanıldı.
 
Cizredə terror təşkilatı mənsublarının müqaviməti əhəmiyyətli ölçüdə qırıldı. Nur, Dağ Qapı, Konak, Əli Bəy və Şah məhəllələri, terroristlərdən təmizləndi.
 
Təşkilat mənsubları Sur Məhəlləsi, İdil və Nusaybin prospektləri ilə ara küçələrə sıxışdırıldı. Təhlükəsizlik gücləri, Cudi Məhəlləsinin bir hissəsində də zaman zaman terroristlərlə çatışır. Sur və Cudi yerlərində tez-tez silah və partlama səsləri eşidilir.
 
Cizredə bu ana qədər terroristlərcə hazırlanan 855 əl istehsalı partlayıcı tapılaraq məhv edildi. Partlayıcılar, təşkilatın emalatxana və anbar olaraq qullandığı hücrə evlərində hazırlanır.
 
Terroristlər, bomba istehsalında istifadə etdikləri amonyum nitratı ələkdən keçirib mazutla yuduqdan sonra təsirini
artırmaq üçün mətbəx balonları ya da polad qazanlara qoyur.
 
Təhlükəsizlik gücləri, terroristlərcə tələlənmiş əl istehsalı partlayıcılara qarşı küçələri qarış qarış darayır. Sivil vətəndaşların həyatını heçə sayan terroristlərin yollara, rögar qapaqları və mazgallar ilə evlərin girişlərinə tuzaqladığı əl istehsalı partlayıcılar təhlükəsizlik gücləri tərəfindən tək-tək tapılıb məhv edilir.

 

Comments,Baxışınız
oguz gif telegram