/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Daha bir milli fəal məhkəməyə çağrıldı

Daha bir milli fəal məhkəməyə çağrıldı

Oğuz TV: Meşkin şəhərindən olan milli fəal Siyamək Seyfi məhkəməyə çağrıldı. Çağrış vəsiqəsində milli fəalın 13 bəhməndə (2 fevral) Meşkinin 102  məhkəməsində olması bildirilir.

Onun məhkəməyə çağrılma səbəb isə 18 aban (9 noyabr) qiyamında iştirak etməsidi.

Xatırladaq ki, Siyamək Seyfi 18 aban qiyamında iştirak edib və əmniyyət qüvvələri tərəfindən axtarılıb, onu həbs edə bilməyən polis milli fəalın qardaşları, Həsən və İbrahim Seyfiləri tutuqlayır. Siyamək tutuqlandıqdan sonra onlar sərbəst buraxılmışdılar. Qiyam zamanı tutuqlanan milli fəal bir müddət həbsxanada qaldıqdan sonra, vəsiqə qarşılığında buraxılmışdı.

1ler

حکم سینا
Məlumat üçün onu da bildirək ki, Siyamək Seyfi bundan öncədə Traxturun oyunları zamanı bir neçə dəfə həbs edilmiş və müxtəlif cəzalara məruz qalmışdı.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture