/  
Ön yapraq » Oğuz xəbər » Diyarbəkirdə 7 polis şəhid oldu

Diyarbəkirdə 7 polis şəhid oldu

Oğuz TV: Bugün axşam saatlarında Diyarbəkir vilayətinin Bağlar bölgəsində avtobus terminalının yaxınlığında törədilmiş partlayış nəticəsində  7 polis Şəhid olub, 9-u mülki şəxs olmaqla 23 nəfər isə yaralanıb.

Hadisə özəl hərəkat polis maşınının keçidi zamanı baş verib.

Yaralı polislərdən bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.  Polis, hücumu reallaşdıran kürt terror təşkilatı olan PKK-lıları tutmaq üçün geniş miqyaslı  əməliyyat başladıb.

Türkiyə Əmniyyət Müdürlüyü hücum zamanı Şəhid olan polislərin kimliklərini açıqlardı. Bunlar başpolis Alpər Zor, polis Necat Alıcı, polis Fatih Mehmət Ərtuğrul, polis Mustafa İgidalp, polis Sərkan Talan, polis Mustafa Karakaya və polis İlyas Kayğusuzdur.

Şəhid polislərə tanrıdan rəhmət diləyirik.

Comments,Baxışınız
oguz gif telegram