/  
Ön yapraq » Oğuz xəbər » Diyarbakır da 6 Əsgər şəhid olub

Diyarbakır da 6 Əsgər şəhid olub

Oğuz TV: Türkiyədə Diyarbakır-Bingöl yolunda PKKlı terroristlərin yola yerləşdirdikləri partlayıcını partlayış etdirməsi sonucunda altı əsgər şəhid oldu, bir əsgər ağır yaralandı. Hücumda terroristlərin bir ton partlayıcı maddə istifadə etdiyi və təxminən 350 metr kablo döşəyərək partlayıcını partlayış etdirdikləri ortaya çıxdı.

Diyarbakır-Bingöl quru yolunun 30. kilometrindəki Mərmər Məhəlləsi mövqesində mina arama darama fəaliyyətindən dönən əsgərləri daşıyan zirehli vasitənin keçişi əsnasında terror təşkilatı PKK mənsubların tərəfindən yola yerləşdirilən partlayıcının partlayış etdirilməsi sonucu, 6 əsgər şəhid oldu, bir əsgər ağır yaralandı.

Yaralı əsgər, təcili yardım vertolyotla Diyarbakır Əsgər Xəstəxanasına qaldırıldı.

Oğuz TV nin aldığı bilgiyə görə, Türkiyə Silahlı Quvvələri, Licedə yaşanan terror hücumuna bağlı verdiyi açıqlamada; ‘’18 Fevral 2016 Cümə axşamı günü saat 09:30 saatlarında Diyarbakır-Licə yolunda mina axtarışı üçün vəzifələndirilən konvoya, bölücü terror təşkilatı mənsubu terroristlərcə daha əvvəl yerləşdirilən əl istehsalı partlayıcının partladılması sonucu, altı qəhrəman silah yoldaşımız şəhid olmuş, bir qəhrəman silah yoldaşımız da ağır yaralanmışdır. Ağır yaralanan silah yoldaşımız dərhal xəstəxanaya sövq edilmiş və müalicəsinə davam edilməkdədir” deyildi.

Hücumu gərçəkləştirən terroristlərə istiqamətli əməliyyat başladıldı.

Comments,Baxışınız
oguz gif telegram