/  
Ön yapraq » Oğuz xəbər » Doğu Türküstanda 4 uyğura 20 il həbs cəzası verildi

Doğu Türküstanda 4 uyğura 20 il həbs cəzası verildi

Oğuz TV:  İşğalçı Çin,Doğu Türküstanda  Uyğur türklərinə təzyiq, işgəncə, etnik assimilasyon və irqi soyqırımı davam etdirir.

Eynən İran rejminin Güney Azərbaycanda soydaşlarımıza yaşatdığı zülmləri Çin rejmi də Doğu Türküstanda eyni işgəncləri soydaşlarımıza yaşadır.

Doğu Türküstan ajanslarının verdiyi xəbərə görə, Doğu Türküstanın Aksu vilayətinin Yanghi kəndindən olan  Abdulkahhar, Mahmud və kimlikləri bilinməyəndaha 2 uyğur gəncini “yerli məmyrlardan icazə almadan qeyri-qanuni olaraq mərkəzi Çinə səyahət etmək”də  günahlandırılaraq   tutuqlamış və 4 gəncə ümumilikdə  20 il həbs cəzası kəsilmişdi.

Tutuqlanan bu  gənclər birlikdə ticarət etmək məqsədi ilə Çinin Şanxay şəhərinə getmiş və bir müddət sonra kəndlərinə dönmüşdülər. Kəndlərinə  dönən bu gənclər dərhal həbs olunmuş və düzənlənən saxta məhkəmənin nəticəsində bu gənclərin hər birinə 5 il həbs cəzası kəsilmişdi.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture