/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Doktor Əsədullah Əsədi yenidən tutuqlandı

Doktor Əsədullah Əsədi yenidən tutuqlandı

Oğuz TV: Güney Azərbaycanın  milli fəalı Əsədullah Əsədi  Təbriz şəhərində  yenidən tutuqlandı .

Aldığımız  məlumata  görə, bugün behmen ayının 2-si milli fəal  əlində plakart tutarak, Təbriz bazarının ətrafında hüququnun İran  təhsil nazirliyi tərəfindən pozulmasına etiraz edib.

Bu zaman əmniyyət qüvvələri milli fəala qarşı güc tətbiq edərək, onu tutuqlayıblar. Ə.Əsədi onlara, onu tutuqlamaları üçün rəsmi icazə sənədinin olmadığını bildirib, lakin ona əhəmiyyət verən olmayıb.

Xatırladaq ki, milli fəal 23 tir 1389-cu ildə Təbrizdə  yaxalanmış və 5 ay ETTELAATın  təkadamlıq zindanında  işgəncə və sorğu-sualdan sonra Tehranın “Evin” zindanına göndərilmişdir.

Orda  4 ay boyunca təkadamlıq zindanda saxlanıldıqdan sonra, Tehranın İnqilab məhkəməsinin 15-ci şöbəsi tərəfindən “Xəlqi müsəlman” partiyasına üzv olduğuna və dövlətə  qarşı olan qruplarla iş birliyi apardığına görə, 10 il həbsə məhkum olmuşdur.

Bu cəza sonradan Təcdide Nəzər məhkəməsində 5 ilə  qədər azlmışdı. Doktor Əsədullah Əsədi, keçən həftə Tehranın “Evin” zindanından azadlığa buraxılmışdı.

Bilgi üçün onu da qeyd edək ki, Təbrizdə həkim olaraq çalışan 51 yaşlı milli fəal Əsədullah Əsədi, əslən Qaradağ mahalındandı. O, hər zaman Qaradağın imkansız ailələrinə pulsuz tibbi xidmət göstərmiş, əlindən gələn yardımı Qaradağın yoxsul xalqından əsirgəməmişdi. Ona görə də bu fəala həm milli fəallar, həmdə qaradağlılar  böyük sayğı göstərir.

 

Comments,Baxışınız
oguz gif telegram