/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Dünya Ana Dili Günü münasibətilə Güney Azərbaycan İstqlalçı Təşkilatlar Birliyinin bildirişi

Dünya Ana Dili Günü münasibətilə Güney Azərbaycan İstqlalçı Təşkilatlar Birliyinin bildirişi

OğuzTv:İnsanın dünyaya göz açarkən öyrənədiyi dil ana dilidir! Ana dili fərdin doğumu ilə birlikdə qazandığı bir haqdır. Dil insana şəxsiyyət, milli kimlik, öyrənmək, düşünmək və daha doğrusu mahiyyət qazandırır.

Dil insan həyatında çox əhmiyyətli yerə malik olduğu üçün beynəlxalq hüquq, konvansiyalar və özəlliklə 1948-ci ildə qəbul edilən insan haqları konvensiyasında vaz keçilməz bir haqq kimi təsbit edilmişdir!

İran adlanan rasist dövlətin tərsinə çağdaş dünya, özəlliklə Avropa çox kültürlülüyü zənginlik kimi qiymətləndirir və öz sərhədləri içərisində yaşayan azlıqlara dil mövzusunda hər hansı bir təziyq tətbiq etmir. Əksinə onlara öz dil və mədəniyyətlərini öyrənmək və qorumaq imkanı tanımışdır. Bu gün Avropa ölkələrinin çoxunda birdən çox dildə təhsil mövcuddur. Benəlxalq hüquq baxımından, insanın öz dilində danışması, yazması, özünü ifadə etməsi onun təbii haqqıdır. İran adlanan yerdə yaşayan qeyri-fars millətlər (türk, türkmən, kürd, bəluç, ərəb, lor, gilək və …) yәni ölkənin çoxunluğu öz doğma dillərində təhsil almaqdan məhrum qalmışlar. Ana dilində təhsil və çox dilli həyat təbii, müqəddəs, eləcə də konstitusion bir haqdır.

Dil canlı bir varlıq kimi istifadə edildiyində inkişafını davam etdirdiyi kimi istifadə edilmədiyi zaman da yox olmağa məhəkumdur. İşğalçı rasıst fars hakimiyyəti illərdir rəsmi dövlət politikası kimi bilincli bir şəkildə qeyri-fars millətləri yox etmək üçün ana dilində təhsili qadağan etmişdir.

Şəbhəsiz və gərçək anlamda ana dilinin qorunması sadəcə onun siyasi coğrafiya və müstqil dövləti olduğu təqdirdə mümkündür. Bu gün nə qədər İspaniya nisbi demokratik ölkə olsa da katalanların bağımsız olmamaları nəticəsində dilləri ispan dilinin etgisi altındadır. Sovetlər Birliyində sözdə cumhuriyyətlər olsa da bağımsız olmadıqları üçün nə qədər rus dilinin etgisində olduqları məlumdur.

İndi öz müqəddəratını sözdə əllərinə alan nəsbi demokratik ölkələrdə və Sovetlər kimi yalançı dövlətlərdə durum belədirsə, işğalçı rasist hakimiyyətdəki qeyri-fars millətlərin durumu məlumdur.

Qəhrəman Azərbaycan türk milləti!

İllərdir ki, bütün haqlarımız tapdanmış, yeraltı sərvətlərimiz talan və təbiətimiz məhv edilmişdir. Dilimiz yasaqlanmış və etirazlarımıza qətl və zindanla cavab verilmişdir. artıq tək yol var o da qurtuluşdur.

Beynəlxalq Ana Dili Günü yaxınlaşır və yenə biz ən doğal haqımızdan məhrumuq. Nə etməliyk? Təbii ki, stratejik cəhətdən qurtuluş mücadiləsi verilməliyik. Amma taktiksəl olaraq Ana Dili Günü ilə başlayan önümüzdəki günlərdə qarşımızda duran vəzifələr:

  • Dərnəklər yaradaraq ana dilimizi öyrənib və gələcək quşaqlarımıza öyrətəmək;
  • Fars mediyalarını baykot edib, milli hərəkatın mediyaları və ya Quzey Azərbaycan və Türkiyə mediyalarına yönəlmək;
  • Türkcə kitab və qəzetlər əldə etmək (türkcə kitab alıb oxuyub və hәdiyyә kimi dostlarımıza vermək, qəzetlərə abunə olub paylanmasına yardımcı olmaq);
  • Güney Azərbaycanda divarlara milli istəklərinizi yazmaqla hüquqlarımızın tələbinin ümümiləşməsinə yardım etmək;
  • Hər növ ictmai etirazlara qatılaraq, milli istəklərimizi dilə getirmklə, məğlub rasistlərin planlarını pozmaq;
  • Daha istematik və cidi mübarzə üçün milli təşkılatlara qatılmaq.

Heç şübhəsiz gələcək bizimdir.

Rəd olsun işğalçı İran fars rejimi!

Var olsun müstəqil Güney Azərbayhan!

Güney Azərbaycan İstiqlalçı Təşkilatlar Birligi

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture