/  
Ön yapraq » Oğuz xəbər » Dünya azad güləş yarışlarında Azərbaycan millisinin rəqibləri kim?
گولش ميلليميزين دونيا ياريشلاريندا رقيبلري بيليندي Güləş Millimizin Dünya yarışlarında rəqibləri bilindi

Dünya azad güləş yarışlarında Azərbaycan millisinin rəqibləri kim?

OğuzTv:7-8 apreldə (18-19 Fərvərdin)Amerikanın Ayova şəhərində sərbəst güləş (Koşti Azad)üzrə Dünya Kuboku yarışları keçiriləcək. Bu gün Dünya Güləş Birliyinin mənzil qərargahında yarışın püşkatma mərasimi keçirilib.  

Yığmamız  Kuba, Qazaxıstan və Rusiya idmançıları ilə B yarımqrupunda mübarizə aparacaq. Amerika, İran, Gürcüstan və Yaponiya komandaları isə A yarımqrupunda yarışacaq.

Yığmamız aprelin 7-də Kuba və Qazaxıstanla, aprelin 8-də isə Rusiya ilə yarımqrup görüşlərinə qarşılaşacaq. Məlumat üçün bildirək ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz III yerdə başa vurub. Buna qədər isə sərbəst güləş yığmamız iki dəfə – 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.

Comments,Baxışınız
oguz gif telegram