/  
Ön yapraq » Oğuz xəbər » Dünya Köçəri oyunlarının sayca ikincisi keçiriləcək

Dünya Köçəri oyunlarının sayca ikincisi keçiriləcək

Oğuz TV: Sayca ikincisi təşkil olunacaq Dünya Köçəri Oyunlarında bu il 26 növdə yarışların keçirilməsi planlaşdırılır.   TRT Azərbaycanın verdiyi bilgiyə görə, sayca ikincisi təşkil olunacaq Dünya Köçəri Oyunlarında bu il 26 növdə yarışların keçirilməsi planlaşdırılır.

Türkdilli Dövlǝtlǝrin Əməkdaşlıq Şurasının ilk iclası 3-4 fevral tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə keçirilib.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən təmsilçilərin qatıldığı toplantıda Dünya Köçəri Oyunlarının proqramı da müzakirə edilib.
Yekun nəticəyə əsasən yarışların proqramına 26 idman növünün salınması qərarlaşdırılıb.
İkinci Dünya Köçəri Oyunları üçün yekun imza mərasiminin martın dördündə İstanbulda təşkilat üzvü ölkələrin idman nazirləri və qurumlarının iştirakı ilə keçirilməsi planlaşdırılır.

 

 

 

 

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture