/  
Ön yapraq » Oğuz xəbər » Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsi anılıb.
Dünya şöhrətli Türk Qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsi anılıb

Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsi anılıb.

OğuzTV:Dünya şöhrətli Türk Qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsi anılıb. Yazıçı anadan olmasının 89-cü ildönümündә paytaxtı Bişkekdəki məzarı önündə ailəsi və sevənləri tərəfindən yad edilib.

Ata Beyt Dövlət Qəbiristanlığındakı məzar ziyarətinin ardından yazıçının ailəsi tərəfindən ölümündən sonra muzeyə çevrilən evi də ziyarət olunub. Tələbələrlә  Aytmatovun  evini gəzən Bişkek  şәhәr 58 nömrәli  orta mәktәbin direktoru Almagül İsrailova Anadolu Agentliyinә verdiyi  müsahibәdә “Bu gün bizim üçün çox qürurverici bir gündür.  Aytmatovun anadan olduğu torpaqlarda yaşadığım üçün  qürur duyuram.  O, yalnız Qırğızıstanın deyil, bütün Türk dünyasının qürur mənbəyidir.
Aytmatov Qırğız-Türk dostluğunun  körpüsünü yaradır” deyә qeyd edib.Milli Elmlər Akademiyasında də Aytmatovun əsərlərindən ibarət sərgi təşkil olunub. Tədbirdə nazirlər və çox sayda elm adamı iştirak edib.1928-ci il  dekabrın 12 -də Qırğızıstanın şimalındakı Talas vilayətinin Şəkər kəndində  anadan olan  Aytmatov  Qazaxıstanın Cambıl zootexnikumunda oxuyub. Təhsilinə Bişkekdəki Kənd Təsərrüfatı İnstitutunda davam edən Aytmatov daha sonra  Maksim Qorki Ədəbiyyat İnstitutuna daxil olub.  Dramaturgiya karyerasına Moskvada başlayan Aytmatov   ‘‘Pravda’’ qəzetində çalışıb. 1957-ci ildə Sovet Yazıçılar İttifaqına üzv olaraq qəbul edilib.

Əsərləri 150-dәn çox dilә tәrcümә edilәn yazıçı və dövlət xadimi Aytmatov, 1963-cü ilә  Lenin Mükafatı ilә tәltif olunub. 

Aytmatov Sovet İttifaqının dağılması və Qırğızıstanın dövlət müstəqilliyinə qovuşmasından sonra  ədəbi fəaliyyəti ilə yanaşı ölkəsini Lüksemburq, Belçika və Hollandiyada səfir kimi təmsil edib.

Aytmatov  2008-ci ilin 10 iyun tarixindә  müalicə olunduğu Almaniyada vәfat edib. Aytmatovun üç oğlu və bir qızı var.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture