/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Afrində Qasım Süleymaninin teror ordusu PKK dəstəkləri ilə birləşərək Türk ordusu ilə çatışıb.
پ.ی.د مؤقعلری اسده وئریب، قاسيم سولئيمانينين تئرور اوردوسو ايله بيرلشه‌رک تورک اوردوسو ایله ساواشا گتدی

Afrində Qasım Süleymaninin teror ordusu PKK dəstəkləri ilə birləşərək Türk ordusu ilə çatışıb.

OğuzTv:Əsədə bağlı milis güclərinin və İran dəstəkli Hizbullahın Afrinə girmə cəhdinin arxasından İran Teror qolu kimi tanınan İnqilab Mühafizəçiləri Korpusunun (Sepahin)Yaxın Şərq üzrə komandanı Qasım Süleymanı çıxıb.Adı Dünya Terroristlər listəsində yer alan Qasım Süleymani ordusu PKk dəstə ilə Türk ordusu ilə Afrində çatışıb.

Türkiyənin “Yeni Şəfəq” qəzetinə danışan ASO komandirlərindən olan Muhanne Ceffale Afrinə hücum əmrinin Qasım Süleymani tərəfindən verildiyini deyib.

“Onların əsl hədəfi Fua və Kefreya kəndləridir. Hizbullah və digər iranin terror milis gücləri oraya çatmaq üçün Afrində PKK-dan istifadə edəcək. Layihəni idarə edən şəxs isə generalı Qasım Süleymanıdir.”

Qeyd edək ki, iki gün öncə bir qrup Əsəd tərəfdarı olan İran dəstəkli şiə milis gücü Afrinə girməyə cəhd edib. Bir qismi irəliləyən konvoyun bri qismi isə U dönüşü ilə Afrin sərhədindən qayıdır. İrəliləyən milislərə Türkiyə ordusunun havadan zərbə endirməsi nəticəsində onlar da geri dönmək məcburiyyətində qalıb.YPG terror qruplaşması Tel Rıfat qəsəbəsini Bəşər Əsəd rejiminə və iran terror qruplarına təhvil verib.

Bildirilib ki, bununla bağlı tərəflər arasında gizli razılıq əldə olunub və yaxın saatlarda Əsəd ordusu sözügedən əraziyə daxil olacaq.Daha əvvəl YPG tərəfindən Hələb mərkəzindəki ərazilərin rejim qüvvələrinə verildiyi barədə məlumat yayılmışdı.

Əsəd rejimi və iran dövləti bölgədə kürd qruplaşmaları ilə əməkdaşlığa getməklə özlərini Ankaranın hədəfinə çevirməyə dəvam edirlər.

Şupəsiz ki“Zeytun budağı” əməliyyatının Türkiyə tərəfindən uğurla davam etdiyi bir zamanda Afrin ətrafında bu yeni gedişatlar ,yeni siyasi dəngələr meydana gətirəcək.

Comments,Baxışınız
oguz gif telegram