/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Amerika İran adlanan ölkəni yeni qısıtlamalarla cəzalandırdı,Nizami müdaxiləyə izin istədi

Amerika İran adlanan ölkəni yeni qısıtlamalarla cəzalandırdı,Nizami müdaxiləyə izin istədi

 

Oğuz TV: ABD Xəzinə Nazirliyinin, İran adlanan ölkənin balistik raket proqramına  yardım etdikləri səbəbilə 13 şəxs və 12 firma haqqında yeni yaptırım(təhrim- sanksiya) qərarı aldığı bildirildi.Amrika sena Konqresinə isə Prezident Trampın İrana lazım gələrsə, hərbi müdaxilə səlahiyyəti verilməsi üçün qətnamə layihəsi təqdim edilib.
 
 
Oğuz TV nin aldığı bilgiyə görə, Xəzinə Nazirliyindən edilən yazılı bəyanatda “İran adlanan ölkənin balistik raket proqramı ilə İran İnqilab Mühafizəçiləri Ordusuna” dəstək verdikləri səbəbilə yeni yaptırım qərarı alınan şəxs və şirkətlərlə bağlı bilgilər paylaşıb.Aralarında İran adlanan ölkə, Livan və Çin vətəndaşlarının olduğu 13 nəfər və 12 firma haqqında alınan yeni yaptırım qərarı, əvvəlki gün İran adlanan ölkənin balistik raket sınağı ilə bağlı “ABD bu gün İran adlanan ölkəni rəsmən uyarır” açıqlamasını vərən Milli Güvənliq Müşaviri Maykl Flynn-ın sözlərindən dərhal sonra gəldi.
Qısıtlama qərarı alınan şəxslərin adları Yəhya Əl Həcc, Abdullah Əgərzadə, Tenny Darian, Həsən Dehgan İbrahimi, Məhəmməd Əbdul-əmir Fərhad, Məhəmməd Mağam, Kambiz Rüsəmiyan, Əli Şərifi, Qin Xianhua, Riçard Yue, Mustafa Zahidi, Qudrət Zərgəri və Carol Zhou olaraq açıqlanıb.Ayrıca Cosailing Business Trading, East Star, Ervin Danesh Arian, Maher Trading and Construktion, Mirage for Engineering and Trading, Mirage for Waste Management and Environmental Services, MKS International, Ningbo New Century, Ofog Sabze Dara, Reem Pharmaceutical, Royal Pearl General, və Zist Tajhiz Pooyesh adlı firmalara da yaptırım qərarı qəbul olundu.Kampaniya dövründə də İran adlanan ölkəylə atom anlaşmasını tez-tez tənqid edən Trump, 20 Yanvarda görəvə başladıqdan sonrakı sözlərində İran adlanan ölkəni bir neçə dəfə “uyarmıçşdı”, son olaraq Tehrana qarşı əsgəri seçim də daxil bütün səmənəklərin masada olduğunu dilə gətirmişdi.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture