/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Amerika Suriyəni vurdu (Görüntü)

Amerika Suriyəni vurdu (Görüntü)

Oğuz TV: Pentaqon Sözçüsü Polkovnik Davis, Suriyə rejiminə aid Şayrat Hava Bazasını 59 Tomahawk raketləri ilə vurduğunu açıqlayıb.

Oğuz TV nin aldığı bilgiyə görə, ABD Savunma Nazirliyində (Pentaqon) jurnalistlərə açıqlama verən Polkovnik Jeff Davis, “Prezidentin (Donald Trump) göstərişilə ABD qüvvələri Suriyə Hava Qüvvələrinə məxsus bir bazası yerli vaxtla 4.45, ABD Doğu Yaxası yerli saatıyla 8.45 də naviqasiya raketləri ilə vurdu”. Açıqlamasını verdi.

Saldırının Humus vilayəti sınırlarının içində olan Şayrat Hava bazasına qarşı edildiyini ifadə edən Davis atılan Tomahawk Land raketlərinin Doğu Aralıq Dənizdə olan USS Porter və USS Ross Dağıdıcı atıldığını ifadə etdi.

“ABD, kimyəvi saldırılara dözə bilməyəcək”

ABD nin hava saldırısının Əsəd rejiminin 4 Apreldə İdlibin Xan Şeyxin mahalında həyata keçirdiyi kimyəvi silah saldırısına təpki olaraq görüldüyünü ifadə edən Davis,” ABD, kimyəvi salıdırlara dözməyəcək” dedi.

Davis “Bu raketlərlə (hava bazasındakı) uçaqlar, anqarlar, yanacaq və maddi-texniki dəstək anbarları, gücləndirilmiş uçaq sığınacaqları, sursat anbarları, hava savunma sistemləri və radarları vuruldu”. Şəklində danışdı.

Mülki itkilərini qarşısını almaq üçün mümkün dərəcədə can tələfatının olmamasına diqqət etdiklərini ifadə edən Davis, bazanın 2013 öncəsində Əsəd rejimi tərəfindən kimyəvi silah anbarı kimi qulanıldığını və ABD-ın radar izlərinin Xan Şeyxun kimyəvi hücumu həyata keçirmək üçün bu hava bazasından havaya qalxdığını aşkar etdiyini ifadə etdi.

“Rusyaya bilgiverdiq”

Saldırıyı,” Əsədin dəhşətli saldırısıyla eyni miqyasda” olaraq adlandıran Davis, saldırı ərəfəsində gün içərisində Rusiyanı məlumatlandırdıqlarını və Rus əsgərlərinin o üstə olduğunu bildiklərini deyib.

Rusların saldırıdan zərər çəkməməsi üçün bütün tədbirləri aldıqlarını ifadə edən Davis, hava bazasının binasını deyil, sadəcə bazasını işləyəməz hala gətirəcək amilləri vurduqlarını ifadə etdi.

Pentaqon yetkilisi: “Gördüklərimiz ikinci bir əmrə qədər bununla sınırlı olacaq”

Adının açıqlanmasını istəməyən yetkili isə vurulan bazanın kimyəvi hücumda istifadə edildiyini düşündüklərini bildirərək,”Bugün etdiklərimiz ikinci bir əmrə qədər bununla sınırlı olacaq” dedi.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture