/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Amerika və Ərəbistan iran sorununu danışılar

Amerika və Ərəbistan iran sorununu danışılar

OğuzTV: Amerika  prezidenti Tramp Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanla Ağ Evdə görüş keçirib.

Oğuztv xəbər otaqı Amerika səsəindən əldə etdiyi bilgiyə görə  görüş zamanı “iki ölkə arasında ikitərəfli münasibətlərin gücləndirilməsi və regionda birgə maraqları əhatə edən məsələlər” müzakirə edilib.   Bu, noyabr ayında Trampın ABŞ prezident seçkilərində qələbəsindən sonra Səudiyyə Ərəbistanı kral ailəsi üzvləri arasında Vaşinqtonu ziyarət edən ən yüksək səviyyəli nümayəndədir.  

bağlı detalları açıqlamayıb, lakin gözlənildiyi kimi görüşdə qlobal enerji qiymətləri, Suriya, İraq, Liviya (Libi) və Yəməndə münaqişələr kimi məsələlər müzakirə edilib. Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələri ABŞ-ın dəstəyi ilə Yəməndə İranın dəstəklədiyi şiə qüvvələrə qarşı iki ildir hərbi əməliyyatlar keçirir.   Səudiyyə Ərəbistanı həmçinin Suriyada ABŞ-ın dəstəklədiyi koalisiya qüvvələrinin İŞİD militantlarına qarşı hərbi kampaniyasına daxildir.

Səudiyyə Ərəbistanı və ABŞ arasında münasibətlər keçmiş prezident Barak Obama administrasiyasının regionda ölkənin rəqibi olan İranla nüvə razılığı əldə etməsindən sonra soyumuşdu. Səudiyyə Ərəbistanı rəsmiləri Birləşmiş Ştatlarla münasibətlərin yaxşılaşdırılması və Tramp administrasiyası ilə İranın regionda nüfuzunun azaldılması istiqamətində birgə iş aparıla biləcəyi ilə bağlı nikbinliklərini ifadə ediblər.   

Comments,Baxışınız
oguz gif telegram