/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Amerika və İran adlanan ölkənin gəmiləri arasında gərginlik

Amerika və İran adlanan ölkənin gəmiləri arasında gərginlik

Oğuz TV: Ərəb Körfəzində ABD donanmasına aid hərəkət halında olan dağıdıcı gemideən İran adlanan ölkənin gəmisinə uyarı fişəngi atıldığı bildirildi.

Oğuz TV nin aldığı bilgiyə görə, Bəhreyndə yerləşən ABD Donanması Sözçüsü Leytenant İan McConnaughey, USS Mahan dağıdıcısının, bazar ertəsi günü Ərəb Körfəzində kəşfiyyat fəaliyyəti zamanı ona yaxınlaşan İran adlanan ölkənin İnqilab Qvardiyasına aid gəmiyi xəbərdarlıq fişəngi ilə uzaqlaşdırdığını açıqladı.

McConnaughey, “USS Mahan ilk olaraq gəmiyə sim-sizylə ilişki qurmağa çalışmış, sonra tütəyini 5 dəfə qısa kəsik şəkildə çalaraq, uluslararası gəmiçilikdə qəbul edilən təhlükə xəbərdarlığını etmiş və nəhayət gəminin niyyətini anlamaq üçün xəbərdarlıq fişəngini atmışdır”. İfadələrini qullandı.

İran adlnan ölkənin gəmisinin hadisə zamanı USS Mahanə təxminən min metr yaxınlaşdığı, siqnallardan sonra uzaqlaşaraq tərs istiqamətdə seyr etməyə başladığı qeyd edilib.

İran adlanan ölkənin rəsmiləri isə məsələ ilə bağlı hər hansı bir açıqlama verməyib.

Comments,Baxışınız
oguz gif telegram